sedanews.az
sedanews.az

Pambıq tarlalarına baxış keçirilib

14-07-2022, 13:22 423 dəfə baxılıb


  Ziyanvericilərə qarşı mübarizə üsulları barəsində müzakirə aparılıb
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin, Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstutunun birgə təşkilatçılığı ilə "Pambıq Sahələrində pambıq ziyanvericilərinə qarşı mübarizə tədbirləri" mövzusunda keçirilən təlimlər çərçivəsində növbəti görüş Sabirabad rayonunda gerçəkləşib. Fermerlər mütəxəsislər və alimlər birlikdə tarlada olub pambığın mövcud vəziyyətinə baxış keçiriblər.
  Zəngənə kəndi ərazisində fermer Əfras Əsgərova məxsus pambıq tarlasında gerçəkləşən görüşdə İnstutun və agentliyin nümayəndələri, alimlər, mütəxəssislər və fermerlər iştirak edib. Öncə pambıq ziyanvercirilərinə qarşı kimyəvi mübarizə tədbiləri aparılan tarlaya baxış keçirilib. Pambıqçılığın inkişafı, aqrotexniki qulluq həmçinin pambığın becərilməsi və ziyanvericilərə qarşı vaxtında tətbiq ediləcək bioloji və kimyəvi mübarizə tədbirləri barədə qarşılıqlı fikir mübadiləsi aparılıb. Həmçinin kimyəvi mübarizə tədbirləri zamanı əməl olunmalı təhlükəsizlik qaydaları barədə bir daha fermerlərə ətraflı məlumat verilib.
  Pambıq bitkisi üzərində 200-növ müxtəlif ziyanlı organizm-həşarat, gənə və xəstəlik törədən mikroorqanizmilar yaşayır və bunlar mütamadi olaraq çoxalma qabiliyyətinə malikdir. Pambıq vegetatsiya dövründən cücərti fazasında tam yetişməyə qədər müxtəlif orqanizmilər tərəfindən zədələnir. Bütün bu xəstəlik və zərərvericilərin qaşısını almaq məqsədilə bioloji və kimyəvi mübarizə üsulundan qabaqlayıcı tədbirlər məqsədilə istifadə olunması vacibdir.
   Təlim zamanı pambıq tarlalarında bioloji mübarizə üsulu əyani şəkildə tətbiq olunub. Habrobrakon canlı şəkildə sahələrə buraxılıb və onun tarlada ziyanvericilərə qarşı mübarizə üsulu izlənilib. Eyni zamanda biolji üsulun faydaları, daha səmərəli və ekoloji cəhətdən təmiz və təhlükəsiz olması barədə fermerlər məlumatlandrılıb.
   Təlim zamanı ziyanvericilərə qarşı effektiv və ekoloji cəhətdən təmiz mübarizə tədbirləri və bu üsulların hansı vaxtda tətbiqi barədə iştirakçılara məlumat verilib və sualları cavablandırılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA