Məşhur Amerika oyuncaq brendi - "American Girl" müsəlman ailələrdən olan qız uşaqları üçün gəlinciklər hazırlayıb.
Milli.Az bunu moderator.az-a istinadla xəbər verir.
Bəhs edilən brend altında hicablı və ədəbli geyimi olan gəlinciklər istehsal olunacaq. Həmçinin gəlincik dəstinə taytlar, aksesuarlar, müsəlman bayramları haqqında kitabçalar əlavə olunacaq. Detroytdan olan bir müsəlman fəal Süheyla Amin deyir ki, onun uşaqlıqda oynatdığı gəlinciklər abır-həya anlayışlarından uzaq olub. Bu gün isə məşhur brend adı altında belə bir oyuncağın ortaya çıxması ABŞ-da İslam kimliyinin varlığının tanınması deməkdir...