sedanews.az
sedanews.az

Xalq şairinin adına Poeziya Evi üçün torpaq sahəsi ayrıldı

19-02-2020, 11:15 58 dəfə baxılıb

Xalq şairinin adına Poeziya Evi üçün torpaq sahəsi ayrıldı






                Gürcüstanda Azərbaycanın xalq şairi, ictimai xadim Zəlimxan Yaqubun adına anadan olduğu Bolnisi rayonunun Kvemo Bolnisi (Kəpənəkçi) kəndində Poeziya Evinin inşası üçün torpaq sahəsi ayrılıb.
Axar.az Report-a istinadla xəbər verir ki, bu barədə Bolnisi rayonunun rəhbəri David Şerazadaşvili kənd sakinləri ilə görüşdə bildirib.
Gürcüstan parlamentinin sabiq deputatı, ziyalı Ramiz Bəkirov və Bolnisi bələdiyyəsinin nümayəndələri Poeziya Evinin tikiləcəyi sahəyə baxış keçiriblər və tikilinin layihəsi barədə fikir mübadiləsi aparıblar.
Kənd sakinləri Z.Yaqubun xatirəsinin əbədiləşdirilməsi məsələsinə göstərdikləri diqqət və dəstəyə görə Bolnisi rayon rəhbərliyi və rayondan olan majoritar deputat Qoqita Meşvelianiyə minnətdarıqlarını bildiriblər.
Qeyd edək ki, bu ilin yanvarın 21-də Z.Yaqubun anadan olmasının 70 illiyi tamam olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA