sedanews.az
sedanews.az

Vaksinin qüvvətləndirici üçüncü (Buster) dozası

16-10-2021, 14:23 389 dəfə baxılıb

Vaksinin qüvvətləndirici üçüncü (Buster) dozası


         Koronavirus pandemiyasının ilk vaxtlarından vətəndaşların sağlamlığının qorunması məqsədilə Cənab Prezident İham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi və qayğısı ilə virusun yayılmasının qarşısının alınması üçün ölkə ərazisində sistemli tədbirlər həyata keçirilir. Bu tədbirlərdən biri də peyvəndlənmədir. Ölkəmizdə koronavirusa qarşı peyvəndlənmə yanvar ayından başlayıb və uğurla davam etdirilir.

         Pandemiyaya qarşı mübarizədə hər bir vətəndaş məsuliyyət daşıyır. Özümüzü, yaxınlarımızı və ətrafdakıları qorumaq naminə hər kəs peyvənd olunmalıdır. Vaksinasiyada iştirak hər bir vətəndaş məsuliyyətinin ayrılmaz hissəsidir.

         Bu gün əhali 4 növ vaksindən istifadə edir: “Sinovac”, “Astazeneca”, “Pfizer”,

“Sputnik”. Bunların hər biri effektiv və təhlükəsizdir.

         Vaksin orqanizmə daxil edildikdə orqanizm onu antigen kimi qəbul edərək ona qarşı anticisimlər yaradır. Biz xəstələndikdə isə orqanizm peyvənd vasitəsilə virusla tanış olduğu üçün daha effektiv cavab reaksiyası yaranır və ağırlaşmalar azalmış olur. Beləliklə, vaksinasiyanın əhəmiyyəti bu infeksiyaya qarşı orqanizmdə immunitetin yaranmasına nail olmaqla xəstəlikdən qorunmaq, infeksiyanın ötürülməsini məhdudlaşdırmaq, ölüm halının qarşısını almaqdan ibarətdir.

        Virusla yoluxma hər yaşda insanlarda təsadüf edir. Gənclər və uşaqların bir qismi xəstəliyi simptomsuz keçirsə də, yaşlılar və risk qrupundan olanlar daha ağır keçirirlər. Vaksinasiya olunmayan şəxslər isə cəmiyyətdəki insanların həyatını təhlükə altına qoyur.

        Peyvənddən bir müddət sonra maksimuma çatan qorunma səviyyəsi zamanla zəifləyə bilir. Hər iki doza vaksinlə peyvəndlənən şəxslərin koronavirusun yeni ştamına yoluxma riski var. Yoluxma ilə bağlı beynəlxalq statistika artıq təkrar vaksinasiya olunmanın zəruriliyini artırır. Bunun qarşısını almaq məqsədilə 3-cü doza “Buster” dozası istifadə olunur. Buster dozası immunitet reaksiyasını yenidən gücləndirməyi və bununla da peyvənd effektivliyini artırmağı hədəfləyir.

        Buster dozasının istifadəsi yüksək risk qrupuna daxil olanlar (tibb işçiləri, yaşı 50-dən yuxarı olanlar, autoimmun xəstəlikləri olanlar) üçün məqsədəuyğun hesab olunur. Üçüncü doza virusa qarşı güclü qorunmanı bərpa edir. Eləcə də ölüm faizini, ağırlaşmaları azaldır.

        Buster dozası virusa qarşı yaranan anticismləri daha öncəki dozalardan 3 dəfə artıq gücləndirir.

        Buster peyvəndin gücləndirici dozasıdır. Koronavirusun mutasiyası nəticəsində yeni “Delta” variantının ortaya çıxmasından sonra Azərbaycan da daxil olmaqla bir sıra ölkələrdə 3-cü peyvənd dozası Buster təklif olunur və tətbiqi məqbul hesab olunur.


Suraxanı rayonu, 16 nömrəli uşaq poliklinkasının həkimi Əkbərova Ülviyyə






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA