sedanews.az
sedanews.az

Deputat: “250 manat maaş alan şəxslər 62 manat 50 qəpik sığorta ödəyir”

16-03-2020, 16:38 862 dəfə baxılıb


Deputat: “250 manat maaş alan şəxslər 62 manat 50 qəpik sığorta ödəyir”


Bu gün bəzi insanların rəsmi iş yerləri olmadığına görə, onlar bir sıra məsələlərdə problemlər yaşayırlar.
Oxu.Az-ın məlumatına görə, bunu parlamentin Əmək və sosial siyasət komitəsinin iclasında deputat Vüqar Bayramov deyib. O bildirib ki, bu gün 250 manat maaş alan şəxslər 62 manat 50 qəpik sığorta haqqı ödəyir. 
“Məcburi ödənişlərlə minimum əmək haqqı arasında fərqi nəzərə almaq lazımdır. Təklif edirəm ki, buna görə “Sosial sığorta haqqında” qanuna dəyişiklik edilsin”, - deyə Vüqar Bayramov bildirib. 

Vüqar Bayramov həmçinin məcburi köçkünlərlə bağlı məsələ qaldırıb. O söyləyib ki, məcburi köçkünlərə kompensasiya verilməsində problemlər mövcuddur. 
Deputat onu da əlavə edib ki, gəlirlərin bəyan edilməsi haqqında qanun layihəsi hazırlanmalıdır. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA