sedanews.az
sedanews.az

BMT TŞ iclasları təxirə saldı - Koronavirusa görə

17-03-2020, 11:34 547 dəfə baxılıb

BMT TŞ iclasları təxirə saldı - Koronavirusa görə





Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası koronavirusun yayılması səbəbindən bu həftə iclasları təxirə salıb.
“İnterfaks” BMT-nin Baş katibi Antonio Quterreşin açıqlamasına istinadən xəbər verir ki, katibliyin işçiləri təcili ehtiyac olmadığı təqdirdə uzaqdan işləyəcəklər.
İki gün əvvəl BMT-nin Nyu-Yorkdakı 50-dən çox diplomatik nümayəndəliyinin koronavirusa görə tam və ya qismən uzaqdan iş rejiminə keçdikləri bildirilib.
Xatırladaq ki, BMT-nin baş ofisi koronavirus infeksiyasının ən yüksək nisbətinin qeydə alındığı Nyu-Yorkda yerləşir.
Martın 16-na olan məlumata görə, Nyu-York ştatında 950 nəfərdə koronavirusa yoluxma faktı aşkar edilib. Yeddi nəfər bu virusdan ölüb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA