Qoşulmama Hərəkatının Təmas Qrupunun Prezident İlham Əliyevin təşəbbüsü ilə baş tutan videokonfrans formatında Zirvə Görüşü pandemiya şəraitində keçirilən ilk ən böyük toplantı kimi mühüm əhəmiyyətə malikdir.Bu fikirləri Milli.Az-a açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli bildirib.
Onun sözlərinə görə, bu görüş həm də Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının dünyada baş verən proseslərə daha çevik reaksiya verə biləcək bir platformaya çevrildiyinin göstəricisi kimi də xüsusi önəm daşıyır.
"Qeyd edim ki, Azərbaycanın ayrı-ayrı beynəlxalq təşkilatlara sədrlik etdiyi bütün dönəmlərdə üzərinə götürdüyü öhdəliklərə böyük məsuliyyətlə yanaşıb, Prezident İlham Əliyevin şəxsində yüksək liderlik keyfiyyətləri və təşəbbüskarlıq nümayiş etdirib. Ölkəmizin beynəlxalq təşkilatlara sədrliyi dönəmində bir çox ilklərə imza atılıb, yeni ideyalar və təşəbbüslər irəli sürülüb. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına rotasiya qaydasında sədrliyi dönəmində Prezident İlham Əliyevin təşəbbüsü ilə "Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) arasında tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi" mövzusunda keçirilən və böyük rezonans doğuran yüksək səviyyəli iclası buna misal gətirmək olar. Xatırladım ki, Azərbaycanın BMT TŞ-yə sədrlik etdiyi dönəmədək, heç bir ölkə, ö cümlədən Azərbaycan istisna olunmaqla, İslam Əməkdaşlıq Təşkilatına və BMT-yə üzv olan 56 müsəlman ölkəsinin heç biri BMT-İƏT əməkdaşlığı kimi önəmli bir məsələnin müzakirəyə çıxarılmasına cəhd göstərməmişdi", - E.Mirzəbəyli qeyd edib.
"Başqa bir nümunə: Azərbaycanın Türk Dövlətləri Əməkdaşlıq Şurasına (TDƏŞ) sədrliyi dönəmində üzv dövlətlərin gələcək münasibətlərinin təməlini təşkil edəcək təşəbbüslər irəli sürülüb və Türk Akademiyası tərəfindən birgə tarix dərsliklərinin hazırlanması, ali və təhsil müəssisələrində üzv ölkələrin dillərinin öyrənilməsi, Türk Univestitetlər Birliyinin yaradılması və s. kimi strateji önəm kəsb edən qərarlar qəbul edilib. TDƏŞ çərçivəsində Azərbaycanın təşəbbüsü ilə gerçəkləşən tarixi olaylardan biri də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatları rəhbərlərinin Bakıda keçirilən forumu və Forumda "Türkdilli dövlətlərin diaspor təşkilatlarının ortaq fəaliyyət strategiyası"nın qəbul edilməsidir", - ekspert bildirib.
"Göründüyü kimi, beynəlxalq təşkilatlara Azərbaycanın sədrlik etdiyi dönəmlərdə, yaxud ölkəmizin bu və ya digər qurumun üzvü kimi irəli sürdüyü təşəbbüslərdə regional, subregional və qlobal həmrəyliyə nail olunması, bunun üçün möhkəm təməllərin yaradılması ön plana dayanır. Bu isə liderlik xüsusiyyətlərinin özünü daha qabarıq şəkildə büruzə verməsi, prosesə daha qlobal və strateji müstəvidən yanaşılması, qarşılıqlı faydalılıq prinsipinin bütün digər məqamlardan üstün tutulması deməkdir.
Azərbaycanın qlobal pandemiya şəraitində irəli sürdüyü təşəbbüslərə yüksək səviyyədə verilən dəstəyin əsasında da məhz yuxarıda sadaladığım amillər dayanır. Və ölkəmiz dövlətlər, xalqlar arasında kommunikasiyanın qurması, körpü yaradılması istiqamətində mühüm bəşəri əhəmiyyət kəsb edən missiyasını uğurla davam etdirir", - E.Mirzəbəyli bildirib.
Aslan Məmmədov


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Əliyevin təşəbbüsü: Prezidentlərin görüşü başladı
Əvəz Zeynallı kimdir və onun haqqında həqiqətlər
Hövsanda sakinlərin sualı: Bələdiyyə haradadır?
“Bu torpaq uğrunda ölən varsa, Vətəndir...” — Şəhid Əli Nəcəfovun qəhrəmanlıq yolu
ŞƏHİDLƏRİN QANI İLƏ YOĞRULUBDUR TORPAĞIMIZ, QƏLBİMİZDƏ DALĞALANIR ÜÇ RƏNGLİ BAYRAĞIMIZ
Qalibiyyət ruhlu xalq
Dövlət Su Ehtiyatları Agentliyinə yeni səlahiyyət verildi
Sabah Bakı, Sumqayıt, Abşeron üzrə pensiyalar ödəniləcək
Ceyhun Bayramov Aİ rəsmisi ilə görüşdü - sülhü müzakirə etdi
Muxtar Babayev: 2030-cu ilə qədər elektrik enerjisinə investisiyalar 600 milyard dollara çatmalıdır
Avqustda qiyməti artan mal və xidmətlərin adları açıqlandı - FOTO
Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsinə dair yeni Dövlət Proqramı təsdiqlənib
Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasını təbrik edib
Minlərlə azərbaycanlı “qara siyahı”ya düşdü - ölkəyə buraxılmayacaqlar
Şəkidə istirahət mərkəzində iki nəfərin ölməsi faktı ilə bağlı cinayət işi başlanıb
Leyla Əliyeva və Arzu Əliyeva Madriddə MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışında iştirak ediblər
Nazirlər Kabinetindən ADSEA ilə bağlı QƏRAR
Prezident və birinci xanım Şarovskinin vida mərasiminə əkil göndəriblər
Bağçalara növbəyə yazılma başlayır
Bağçalara növbəyə yazılma başlayır
Qızıl və gümüş ucuzlaşıb
Yol polisi sürücülərə müraciət etdi
Azərbaycan nefti bir gündə 87 sent bahalaşdı
Xalq artisti Aleksandr Şarovski vəfat edib
Dünya xəritəsi yeniləndi – Ölkələrin ölçüləri dəyişib
Bu müəllimlər imtahana cəlb olunacaqlar
İqlim gündəminin diqqəti Bakıda: mühüm toplantı başladı
Məktəblərin qarşısında təhlükəsizlik tədbirləri GÜCLƏNDİRİLİR
Prezident iki ölkəyə səfir təyin etdi
Bakıda bal yarmarkası keçiriləcək
Payız Azərbaycana bu tarixdə gələcək - Dəqiq saat AÇIQLANDI
Sabah temperatur 35 dərəcəyə çatacaq
Azərbaycan neftinin qiyməti kəskin artdı - 105 dollar oldu
Putin “səfərbərlik olmayacaq” dedi - amma azərbaycanlılar rahat olmasın!
Bakıda 15 bina söküləcək – SİYAHI
İlham Əliyev Melonini təbrik etdi
Uşağını özəl bağçaya qoyan valideynlərə ŞAD XƏBƏR
Sabah Bakıda 30 dərəcə isti olacaq
Şimali Kiprdə gəmi qəzası ilə bağlı üç Azərbaycan vətəndaşı saxlanıldı
İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Ayaqlarınız isti otaqda da üşüyür? - Ciddi xəstəliklərin əlaməti ola bilər
Xalq artisti Yaşar Nurinin doğum günüdür
Salyanda ağır qəza - 5 nəfər xəsarət aldı
Birinci sinifə qəbul başa çatır
Milli Məclisin deputatları Özbəkistanda beynəlxalq konfransa qatılacaqlar
Azərbaycan neftinin qiyməti 100 dolları keçib
Samuxda qarayara yayılır? - Nazirlikdən AÇIQLAMA
Azərbaycanda 1400-dən artıq şəxs orqan və toxuma transplantasiyası üçün növbə gözləyir - RƏSMİ
Bakıda motosikletli təcili yardım: TƏBİB sayını açıqladı
Altsheymer xəstəliyinin səbəbləri və gizli simptomları
Azərbaycan cüdoçusu Fərid Rzazadə Ekvadorda dünya çempionu olub
Azərbaycan UEFA reytinqində 26-cı yerdə qərarlaşıb
Azərbaycanda keçiriləcək dünya çempionatı ilə bağlı Sərəncam imzalandı
Bu gün UFC Fight Night Baku keçiriləcək
Millimiz İrəvandakı Avropa çempionatına qatılmaqdan imtina etdi - FOTO
İdman zalında qəfil ölümlər - Azərbaycanda və dünyada məşhur simaların faciəli taleləri
Dünən saxlanılan məşhurlara bölmədə verilən 5 sual - FOTO
Ayan Babakişiyeva dinini dəyişib
Faytonçu Nazimin son durumu AÇIQLANDI
"Röyanın mənə böyük sevgisi var" - 54 yaşlı AYGÜN
Aidə anidən AzTV-dən getdi
Şimali Kiprdə matəm elan edildi
Nepaldakı sel fəlakətində 1 500 insan itkin düşüb