Ermənistan müharibəyə hazırlaşır. Bunu yerli telekanallara son müsahibəsində Prezident İlham Əliyev də açıq-aydın bəyan etdi.
Öncə Suriyadan, İraqdan, indi isə Livandan erməni ailələrini və xüsusi təlim keçmiş terrorçuları Azərbaycanın işğal edilmiş torpaqlarına gətirən ermənilərin müharibə hazırlığı bununla da bitmir. Rusiyanın müxtəlif yollarla silahlandırdığı Ermənistan terrorçuları Qarabağ və ətraf rayonlara yerləşdirmək üçün müxtəlif variantları yoxlayır.
Bəzi mənbələrdə isə Ermənistan Livandan Azərbaycanın işğal olunmuş ərazilərinə erməni ailələrini deyil, yaxşı təlim keçmiş erməni silahlılarını köçürdüyü məlumatları yer alır. Ermənistanın İraqdakı səfiri Qraçya Poladyan Tovuz döyüşlərindən dərhal sonra PKK terrorçularının liderləri ilə görüşüb və onları terrorçuları Qarabağa göndərməyə razı salıb. Qraçya terrorçuların Azərbaycan torpaqlarına köçürülməsi üçün öncə İraqın kürd nümayəndəliyinin səlahiyyətliləri ilə masa ətrafında əyləşib. Kürd rəhbər Bərzani Ermənistanın bu istəyinə qarşı çıxsa da, erməni diplomatın Kürdüstan Vətənpərvərlər İttifaqının rəhbərləri ilə görüşü nəticə verib.
Tovuz döyüşlərindən sonra baş tutan bu görüşdə Ermənistan səfirinin terrorçuların Qarabağa göndərilməsi təklifi qəbul edilib. Beləliklə, yüzlərlə silahlı terrorçu Süleymaniyyədən avtobuslarla yola çıxaraq İran sərhəddindən keçərək Kirmanşah vasitəsi ilə işğal edilmiş torpaqlara yola salınıb. İran yüzlərlər terrorçunun sərhədlərini keçməklə Azərbaycana daxil olmasına göz yumub. Yaxın vaxtlarda bu yolla minlərlə terrorçunun Qarabağa və ətraf rayonlara köçürülməsi istisna edilmir. Rəsmi İrəvanın I Qarabağ Müharibəsində istifadə etdiyi taktiki gedişi yenidən təkrarlayacağı və Azərbaycana qarşı yenə terrorçuları və muzdluları cəbhəyə yığacağı gözlənilir.
Ermənilərin bu planlarından xəbərdar olan Ali Baş Komandan İlham Əliyev Cənubi Qafqazda geosiyasi balansa böyük təhlükə olan Ermənistan hakimiyyətinə bəlkə də son xəbərdarlığını etdi. Destruktiv, dağıdıcı, iftiraçı təfəkkürə malik forpost, barbar xislətli idarəçiliyin danışıqlardan qaçdığını açıq etiraf edən Prezident "Azərbaycan xalqı doğrunu bilməlidir" dedi. İlham Əliyev Nikol Paşinyanın etdiyi açıqlamalarla müzakirələri pozduğunu qeyd etdi. O, Azərbaycanın qarşısına 7 şərt qoyan Nikol Paşinyana "Sən kimsən ki, bizimlə şərt dilində danışırsan?! Əgər biz onunla şərt dili ilə danışmaq istəsək, onun siyas ömrü çox çəkməyəcək" sözləri ilə barmaq silkələyib. Prezident İlham Əliyev Tovuz döyüşlərinə diqqəti yönəldərək "Əgər istəsəydik, Ermənistan ərazisinə keçə bilərdik, bizim buna tam hərbi imkanlarımız var idi. Amma biz bunu etmədik. Çünki bizim hərbi siyasətimizdə bu yoxdur. Əgər bizə qarşı ciddi təxribat törədilərsə, onda bizim üçün heç bir məhdudiyyət olmayacaq, bunu hər kəs bilsin" deməklə Ermənistanı növbəti təxribatda hansı aqibətlə qarşılaşacağına işarə etmiş oldu.
Prezidentin "Əgər onlar beynəlxalq hüququ yerə vururlarsa, biz niyə beynəlxalq hüququ gözləməliyik?! Biz də yerə vuracağıq. Axırı pis olacaq onlar üçün" açıqlaması isə ATƏT-in Minsk qrupunun 3 həmsədr ölkəsindən biri olan Rusiyanın Ermənistanı silah-sursatla təchizatı Azərbaycanın bu beynəlxalq təşkilatdan ədalət gözləntilərinin üstündən artıq xətt çəkdiyini bir daha nümayiş etdirdi. BMT qətnamələrinə əsasən, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərini azad etməli olduğuna baxmayaraq, Paşinyan hakimiyyəti havadarlarının dəstəyi ilə bu qətnamələri icra etmir. Prezident eyni zamanda muzdluları və terrorçuları Azərbaycan torpaqlarına gətirən Ermənistanın bu addımla BMT-nin bir çox konvensiyasını dünyanın gözü qarşısında açıq şəkildə pozduğu halda heç bir beynəlxalq təşkilatlardan təpki görmədiyinə eyham vurub. Halbuki BMT-nin "Muzdluların cəlb edilməsi, istifadəsi, maliyyələşdirilməsi və təliminə qarşı Beynəlxalq Konvensiyası"nın 5-ci bəndində açıq şəkildə qeyd olunur ki, "Üzv dövlətlər muzdluları cəlb etməməli, istifadə etməməli, maliyyələşdirməməli və ya onlara təlim keçməməli, eləcə də belə addımları qadağan etməlidirlər".
Azərbaycan artıq yaxşı anlayır ki, Ermənistan Silahlı Qüvvələrinin Dağlıq Qarabağı tərk etməsi üçün bir variant qalır. Dövlət siyasətinin ideoloji əsasını terrorçuluq təşkil edən Ermənistanın "Müdafiə haqqında" qanuna dəyişikliklər edərək Suriya, Livan, İraq, Fələstin və s. Yaxın Şərq ölkələrindən gətirilən muzdlu və terrorçuların Azərbaycanın işğal olunmuş torpaqlarına yerləşdirmək üçün qısa zamanda əllərindən gələni etməsi Azərbaycan Prezidentinin rəsmi İrəvana "Çirkin planlarınızdan əl çəkməsəniz, sizin üçün nəticə çox pis olacaq" mesajı verməsinə səbəb oldu.
Təhməz Əsədov


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Qarabağda müharibə riski: “Situasiya Azərbaycanı digər vasitələrdən istifadəyə məcbur edir” – ŞƏRH“Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üzrə aparılan danışıqların dondurulmuş vəziyyətə gətirilməsi müharibə riskini ön plana çıxarır”.
Əvəz Zeynallı kimdir və onun haqqında həqiqətlər
Hövsanda sakinlərin sualı: Bələdiyyə haradadır?
“Bu torpaq uğrunda ölən varsa, Vətəndir...” — Şəhid Əli Nəcəfovun qəhrəmanlıq yolu
ŞƏHİDLƏRİN QANI İLƏ YOĞRULUBDUR TORPAĞIMIZ, QƏLBİMİZDƏ DALĞALANIR ÜÇ RƏNGLİ BAYRAĞIMIZ
Qalibiyyət ruhlu xalq
Dövlət Su Ehtiyatları Agentliyinə yeni səlahiyyət verildi
Sabah Bakı, Sumqayıt, Abşeron üzrə pensiyalar ödəniləcək
Ceyhun Bayramov Aİ rəsmisi ilə görüşdü - sülhü müzakirə etdi
Muxtar Babayev: 2030-cu ilə qədər elektrik enerjisinə investisiyalar 600 milyard dollara çatmalıdır
Avqustda qiyməti artan mal və xidmətlərin adları açıqlandı - FOTO
Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsinə dair yeni Dövlət Proqramı təsdiqlənib
Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasını təbrik edib
Minlərlə azərbaycanlı “qara siyahı”ya düşdü - ölkəyə buraxılmayacaqlar
Şəkidə istirahət mərkəzində iki nəfərin ölməsi faktı ilə bağlı cinayət işi başlanıb
Leyla Əliyeva və Arzu Əliyeva Madriddə MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışında iştirak ediblər
Nazirlər Kabinetindən ADSEA ilə bağlı QƏRAR
Prezident və birinci xanım Şarovskinin vida mərasiminə əkil göndəriblər
Bağçalara növbəyə yazılma başlayır
Bağçalara növbəyə yazılma başlayır
Qızıl və gümüş ucuzlaşıb
Yol polisi sürücülərə müraciət etdi
Azərbaycan nefti bir gündə 87 sent bahalaşdı
Xalq artisti Aleksandr Şarovski vəfat edib
Dünya xəritəsi yeniləndi – Ölkələrin ölçüləri dəyişib
Bu müəllimlər imtahana cəlb olunacaqlar
İqlim gündəminin diqqəti Bakıda: mühüm toplantı başladı
Məktəblərin qarşısında təhlükəsizlik tədbirləri GÜCLƏNDİRİLİR
Prezident iki ölkəyə səfir təyin etdi
Bakıda bal yarmarkası keçiriləcək
Payız Azərbaycana bu tarixdə gələcək - Dəqiq saat AÇIQLANDI
Sabah temperatur 35 dərəcəyə çatacaq
Azərbaycan neftinin qiyməti kəskin artdı - 105 dollar oldu
Putin “səfərbərlik olmayacaq” dedi - amma azərbaycanlılar rahat olmasın!
Bakıda 15 bina söküləcək – SİYAHI
İlham Əliyev Melonini təbrik etdi
Uşağını özəl bağçaya qoyan valideynlərə ŞAD XƏBƏR
Sabah Bakıda 30 dərəcə isti olacaq
Şimali Kiprdə gəmi qəzası ilə bağlı üç Azərbaycan vətəndaşı saxlanıldı
İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Ayaqlarınız isti otaqda da üşüyür? - Ciddi xəstəliklərin əlaməti ola bilər
Xalq artisti Yaşar Nurinin doğum günüdür
Salyanda ağır qəza - 5 nəfər xəsarət aldı
Birinci sinifə qəbul başa çatır
Milli Məclisin deputatları Özbəkistanda beynəlxalq konfransa qatılacaqlar
Azərbaycan neftinin qiyməti 100 dolları keçib
Samuxda qarayara yayılır? - Nazirlikdən AÇIQLAMA
Azərbaycanda 1400-dən artıq şəxs orqan və toxuma transplantasiyası üçün növbə gözləyir - RƏSMİ
Bakıda motosikletli təcili yardım: TƏBİB sayını açıqladı
Altsheymer xəstəliyinin səbəbləri və gizli simptomları
Azərbaycan cüdoçusu Fərid Rzazadə Ekvadorda dünya çempionu olub
Azərbaycan UEFA reytinqində 26-cı yerdə qərarlaşıb
Azərbaycanda keçiriləcək dünya çempionatı ilə bağlı Sərəncam imzalandı
Bu gün UFC Fight Night Baku keçiriləcək
Millimiz İrəvandakı Avropa çempionatına qatılmaqdan imtina etdi - FOTO
İdman zalında qəfil ölümlər - Azərbaycanda və dünyada məşhur simaların faciəli taleləri
Dünən saxlanılan məşhurlara bölmədə verilən 5 sual - FOTO
Ayan Babakişiyeva dinini dəyişib
Faytonçu Nazimin son durumu AÇIQLANDI
"Röyanın mənə böyük sevgisi var" - 54 yaşlı AYGÜN
Aidə anidən AzTV-dən getdi
Şimali Kiprdə matəm elan edildi
Nepaldakı sel fəlakətində 1 500 insan itkin düşüb