sedanews.az
sedanews.az

Ermənistan Şuşa və Laçından reportaj hazırlayan rusiyalı jurnalistin akkreditasiyasını ləğv etdi

8-10-2020, 15:01 480 dəfə baxılıb

Ermənistan Şuşa və Laçından reportaj hazırlayan rusiyalı jurnalistin akkreditasiyasını ləğv etdi

Ermənistan XİN rusiyalı jurnalist İlya Azarın akkreditasiyasını ləğv edib.
 
Modern.az xəbər verir ki bu barədə İlya Azar özünün “Facebook” səhifəsində məlumat verib.
 Onun sözlərinə görə, buna Şuşa və Laçından hazırladığı və “Novaya qazeta”da yayımlanan “Cənub qapısında müharibə” adlı reportajı səbəb olub.
İ. Azar qeyd edib ki, reportaj “ermənilərin vətənpərvərlik hisslərinə toxunub və azərbaycanlıların xoşuna gəlib”.
2011-ci ildən Azərbaycanda “arzuolunmaz şəxs” elan olunduğunu xatırladan jurnalist Ermənistanda akkreditasiyasının ləğvini söz azadlığına maneə kimi qiymətləndirib.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA