sedanews.az
sedanews.az

Putinin təklifi: Bakı və İrəvanın atəşkəs ehtimalı... - Şərh

9-10-2020, 13:20 451 dəfə baxılıb

Putinin təklifi: Bakı və İrəvanın atəşkəs ehtimalı... - Şərh



Putinin atəşkəs təklifi nəinki Bakının, heç İrəvanın da maraqlarını uyğun deyil.
Bu sözləri Axar.az-a sabiq Xarici İşlər naziri, politoloq Tofiq Zülfüqarov Rusiya Prezidenti Vladimir Putinin əsirlərin və həlak olanların meyitlərinin dəyişdirilməsi üçün tərəfləri Qarabağda atəşkəsə çağırmasını şərh edərkən deyib.
Onun sözlərinə görə, Putinin təklif etdiyi müvəqqəti atəşkəs təklifi məntiqsiz və gərəksizdir:
“Çünki döyüşlər zamanı yaralanan, həlak olan, əsir düşənlərin ekstradisiyası döyüşən tərəflərin öz komandanlıqları tərəfindən də reallaşa bilər. Yəni belə bir şeyi arqument gətirib atəşkəsə nail olmağa çalışmaq qeyri-peşəkarlıqdır. Birinci Qarabağ savaşı zamanı bu təcrübədən istifadə edilib. Bu gün də edilə bilər”.
Politoloq Rusiyanın təşəbbüsü ilə Moskvada keçiriləcək görüş haqda danışıb:
“Moskva görüşünə gəldikdə isə deyə bilərəm ki, görüşün məqsədi hələ bəlli deyil. Çünki hazırda Azərbaycanın da, Ermənistanın da mövqeyi bəllidir. Məncə, tərəflər heç bir halda kompromisə getməyəcək. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması məqsədilə Azərbaycan tərəfi bu günə qədər qarşı tərəfə kifayət qədər çox güzəşt edib. Biz atəşkəsə birmənalı şəkildə razı deyilik.
Onu da deyim ki, Paşinyan mövcud vəziyyətdə güzəştə getsə, bu güzəşt onun hakimiyyətinə bədəl ola bilər”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA