sedanews.az
sedanews.az

Bu şəhərin azad edilməsi dönüş nöqtəsi olacaq - Korotçenko

29-10-2020, 14:59 510 dəfə baxılıb

Bu şəhərin azad edilməsi dönüş nöqtəsi olacaq - Korotçenko



Ermənistanla Azərbaycan arasında artıq sülhdən danışmaq lazım deyil, çünki müharibənin də öz qaydaları olmalıdır. Bu qaydalar Cenevrə konvensiyaları və onlara əlavə protokollarla müəyyən edilib. Qaydalara və protokollara əsasən, hərbi əməliyyatlar zamanı mülki obyektlər və dinc şəhərlər toxunulmazdır.
Axar.az xəbər verir ki, bunu rusiyalı hərbi ekspert İqor Korotçenko “Anastasiya Lavrina ilə xüsusi buraxılış” verilişində deyib.
Onun sözlərinə görə, döyüş əməliyyatlarının bilavasitə cəbhədə aparılması ilə cəbhə xəttindən uzaqda yerləşən dinc şəhərlərə raket hücumu fərqli məsələlərdir:
“Bu gün (28 oktyabr – red.) İrəvan beynəlxalq humanitar hüquq normalarına və bütün bəşəriyyətə qarşı növbəti hərbi cinayət törədib. Bu əmələ heç cür haqq qazandırmaq olmur. Əsas odur ki, bu əmrlərin kim tərəfindən verildiyini və kim tərəfindən yerinə yetirildiyini müəyyənləşdirək, çünki bu, cinayətkar əmrlərdir. Əvvəlcə Gəncədə, indi isə Bərdədə baş vermiş hadisələrə dair əmr verən erməni hərbçiləri və siyasətçiləri hərbi cinayətkarlardır”.
Ekspert vurğulayıb ki, Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir:
“Üç atəşkəs elan olunmuşdu və onların hər biri İrəvan tərəfindən pozuldu. Odur ki, hər hansı danışıqların irəliləyişinə inanmaq çətindir”.
Korotçenko qeyd edib ki, Azərbaycan Ordusunun Laçını, xüsusilə də Laçın dəhlizini nəzarətə götürməsi döyüş əməliyyatlarında dönüş nöqtəsi olacaq:
“Azərbaycanın hərbi komandanlığının taktikası çox düşünülüb. Burada heç kim əsgərləri ölümə göndərmir. Hər şeydən əvvəl yüksək dəqiqliyə malik müasir silahlardan istifadə olunur ki, bu da maksimum uğur əldə etməyə imkan verir, eləcə də dinc əhali arasında itkiləri minimuma endirir. Laçın dəhlizi nəzarətə götürüləndən sonra Ermənistan Qarabağda hərbi qruplaşmalarının təchizat yolunu itirəcək. Məhz o zaman İrəvan mövcud reallıqları dərk edəcək”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA