sedanews.az
sedanews.az

Savaşın 6-cı həftəsi: Ordumuz belə başlayır – Deputat

2-11-2020, 13:14 492 dəfə baxılıb

Savaşın 6-cı həftəsi: Ordumuz belə başlayır – Deputat

Ermənistan ordusu geri çəkilir. İndiyədək rəşadətli Ordumuz düşmənin 2.7 milyard dollarlıq silah-sursat və hərbi texnikasını ya məhv edib, ya da hərbi qənimət kimi götürüb. İllik dövlət büdcəsi 2.7 milyard dollardan az olan bir ölkə üçün bu, ciddi bir itkidir.
Axar.az xəbər verir ki, bu fikirləri millət vəkili, iqtisadçı-alim Vüqar Bayramov deyib.
O bildirib ki, işğalçı ordunun silah və sursatı da tükənmək üzrədir:
“Reallıq bundan ibarətdir ki, Ermənistan uzunmüddətli müharibə aparmaq imkanlarına malik deyil. Buna görə də ötən ayın əvvəllərində düşmənin birinci səddi darmadağın ediləndən sonra işğalçı ölkə hər vəchlə atəşkəsə nail olmağa çalışırdı. Paşinyan hakimiyyəti 30 il ərzində qurduqları tunellər və istehkamların onlara yardım edəcəyini düşünsə də, şanlı Ordumuz həmin maneələri darmadağın etdi.
Beləliklə, savaşın 6-cı həftəsinə Azərbaycan Ordusu ciddi üstünlüklərlə başlayır. İnanırıq ki, ötən 5 həftədə Ali Baş Komandanımızın rəhbərliyi ilə 200-ə yaxın yaşayış məntəqəsini azad edən rəşadətli Ordumuz bu həftə də bizi xoş xəbərlərlə sevindirəcək.
Qarabağ Azərbaycandır!”






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA