sedanews.az
sedanews.az

İlham Əliyev: “Region üçün böyük təhlükə mənbəyi olan erməni faşizminin belini qırırıq”

2-11-2020, 14:10 486 dəfə baxılıb

İlham Əliyev: “Region üçün böyük təhlükə mənbəyi olan erməni faşizminin belini qırırıq”“
Bir aydan çoxdur ki, müharibə gedir. Biz işğalçılara dərs veririk, onları torpaqlarımızdan qovuruq”.
Bunu bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibini, Türkiyənin Odalar və Borsalar Birliyinin prezidentini, Özbəkistanın Ticarət və Sənaye Palatasının sədrini və Qırğızıstanın Ticarət və Sənaye Palatasının prezidentini qəbul edən zaman bildirib.
Prezident qeyd edib ki, Azərbaycan ordusu artıq bir çox yaşayış məntəqəsini işğaldan azad edib:
“Hər həftə onlarla yaşayış məntəqəsi - kəndlər, şəhərlər, qəsəbələr işğalçılardan azad edilir. Müzəffər Azərbaycan ordusu öz uğurlu əməliyyatlarını davam etdirir. İşğal edilmiş ərazilərdə vəziyyət acınacaqlıdır. Tarixi abidələrimiz dağıdılıb, təhqir edilib”.
“Döyüş meydanında qarşımızda dayana bilməyən Ermənistan silahlı qüvvələri hər gün şəhər, kəndlərimizi atəşə tutur. Bir ay ərzində hücumlar nəticəsində 91 mülki şəxs həlak olub, onlardan 10-u uşaqdır”, - deyə dövlət başçısı qeyd edib. 
Prezident əlavə edib ki, biz region üçün böyük təhlükə mənbəyi olan erməni faşizminin belini qırırıq:
“Heç kim bizim qarşımızda dayana bilməz və bu yoldan çəkindirə bilməz. Ermənistan atəşi dayandırsa, qalan torpaqlarımızdan qoşunlarının çıxarması ilə bağlı konkret öhdəliyi üzərinə götürsə, dayanmağa hazırıq”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA