sedanews.az
sedanews.az

Prezident 44 günlük savaşın məşhur generallarını təltif etdi

24-06-2021, 13:15 625 dəfə baxılıb

Prezident 44 günlük savaşın məşhur generallarını təltif etdi

Prezident İlham Əliyevin imzaladığı sərəncamla bir qrup hərbçi “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilib.
 Təltif edilənlər arasında 4 general da var:
Hikmət İzzət oğlu Mirzəyev – general-leytenant
Zaur Sabir oğlu Cavanşir – general-mayor
Vasif Ramiz oğlu Kazımov – general-mayor
İlqar Zakir oğlu Lətifov – general-mayor.
Prezidentin imzaladığı digər sərəncamlarla isə general-leytenant Əfqan Vəli oğlu Nağıyev, general-leytenant Heydər Kamal oğlu Piriyev, general-leytenant Ramiz Firudin oğlu Tahirov, general-mayor Rasim Məmmədəli oğlu Əliyev və general-mayor Vasif Ramiz oğlu Kazımov "Füzulinin azad olunmasına görə", general-leytenant Araz Məmməd oğlu Məmmədov və general-mayor Azər Oqtay oğlu İbrahimov “Zəngilanın azad olunmasına görə”, general-mayor Zaur Sabir oğlu Cavanşir, general-mayor Ənvər Zəkəriyyə oğlu Əfəndiyev, general-mayor Rasim Məmmədəli oğlu Əliyev, general-mayor Aqşin Ramiz oğlu Məhərrəmov “Qubadlının azad olunmasına görə”, general-leytenant Ramiz Firudin oğlu Tahirov, general-mayor Azər Oqtay oğlu İbrahimov “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif ediliblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA