"Prezident İlham Əliyevin "CNN türk"ə müsahibəsində ən diqqətçəkən məqam: Bir, Türkiyənin münaqişədəki rolunun vurğulanması oldu. İkincisi isə Azərbaycanın heç bir xarici təhdiddən çəkinmədiyini açıq şəkildə vurğuladı".Bunu Milli.Az-a açıqlamasında siyasi analitik Turab Rzayev deyib.
O bildirib ki, Azərbaycan artıq bizim əleyhimizə çalışan ölkələri dost adlandırmaqdan, onlara göz yummaqdan əl çəkir:
"Prezident bu müsahibədə göstərdi ki, Türkiyənin rolu bu müharibədə nə qədər əhəmiyyətli olub. Orada açıq şəkildə bildirdi ki, əgər Türkiyə olmasaydı, bir çox xarici qüvvələr, Ermənistanın müttəfiqi olan qüvvələr münaqişəyə qarışaraq Azərbaycana əks tərəfdən döyüşə bilərdilər. Əslində bununla Prezident ictimaiyyətdə bir çox insana aydın olmayan məsələni ayird etdi. Biz bildik ki, Ermənistanın arxasında duran qüvvələrdən həqiqətən də münaqişədə iştirak etmək istəyənlər olub. Demək biz nə dərəcədə ciddi təhdidlə üz-üzə qalmışıq, II Qarabağ müharibəsində xarici müdaxilə ilə üzləşə bilərdik. Hansısa xarici qüvvələr birbaşa Ermənistanı müdafiə edərək münaqişədə bizim əleyhimizə açıq döyüşə girə bilərdi. Və burada Türkiyənin çəkindirici faktor kimi iştirak etməsi, Türkiyənin açıq şəkildə çıxış etməsi ki, əgər hansısa xarici qüvvədən müdaxilə olarsa, biz də müdaxilə edəcəyik, Prezident İlham Əliyev bunu açıq şəkildə bildirdi, Türkiyənin Azərbaycanla olan bu starteji əməkdaşlığını, strateji yaxınlığını Türkiyəni "Ana vətən" adlandıraraq dövlət bir daha vurğuladı.
Digər məsələ isə, Prezident ilk dəfə xarici qüvvələrə qarşı açıq şəkildə çıxış etdi. Bu, əslində son dövrlər bizim hakimiyyətin dəyişən xarici ritorikasına uyğun olaraq həyata keçirildi. Belə ki, indiyə qədər biz həmişə deyirdik ki, qonşu ölkələrlə bizim münasibətlərimiz normaldır, dost, müttəfiq ölkələrdir. Amma son bir neçə həftədə hər iki qonşumuza (Rusiya, İran) nota verməli olduq. Üstəlik, Müdafiə Nazirliyi açıq şəkildə Qarabağdakı ermənilərin separatçı meyillərini davam etdirərlərsə, Azərbaycan mövqelərinə hücum edərlərsə cəzalandırılacağını, tərksilah ediləcəyini, həmin ərazilərin birbaşa bizim nəzarətimizdə olmalı olduğunu bildirdi. Yəni Xankəndi Azərbaycanın nəzarətinə keçməlidir, oradakı ermənilər Azərbaycan qanunlarına tabe olmalıdırlar. Bu mesajlar açıq şəkildə verildi və bundan əlavə də sülhməramlıların ərazilərimizdə müvəqqəti yerləşdiyi, buranı tərk edəcəkləri vurğulandı. Əlavə olaraq sülhməramlıların missiyasını həyata keçirməkdə yaranan problemlər və bu problemlərin aradan qaldırılması ilə bağlı Azərbaycan tərəfinin narazılığı açıq şəkildə bldirildi. Artıq ölkə rəhbərliyi açıq şəkildə bildirdi ki, bizim əleyhimizə qoyulan bu şərtləri qəbul etmirik. Azərbaycan artıq bizim əleyhimizə çalışan ölkələri dost adlandırmaqdan, onlara göz yummaqdan əl çəkir. Çünki görünür ki, bizim onlara qarşı xoş münasibət göstərməyimiz, onların neqativ münasibətinə qarşı müsbət yanaşmamız öz effektini vermir. Biz bunu Prezidentin ritorikasında da gördük. Açıq şəkildə bildirdi ki, əgər hansı qüvvə müharibə istəyirsə, biz həmin qüvvəni darmadağın edə bilərik. Ermənistan yenidən savaş istəsə, bu, ona çox baha başa gələr. Amma biz müharibə istəmirik, müharibəni artıq bitmiş hesab edirik və sülh, inteqrasiya yolu ilə Qarabağın sülhməramlıların müvəqqəti yerləşdiyi hissəsindəki 25 min vətəndaşımızın (erməni əhalidən söhbət gedir - red) mehriban şəkildə bizimlə birlikdə yaşamasını, bizə interqasiya etməsini istəyirik".
Təhməz Əsədov


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Azərbaycan Zəngəzur mahalına neçə ilə qayıdacaq?
Türkiyə xarici işlər nazirinin Azərbaycana səfər proqramı məlum olub
Hər gün cəbhədən çox gözəl xəbərlər gəlir - Prezident
Prezidentdən ikibaşlı suala tarixi cavab
Əvəz Zeynallı kimdir və onun haqqında həqiqətlər
Hövsanda sakinlərin sualı: Bələdiyyə haradadır?
“Bu torpaq uğrunda ölən varsa, Vətəndir...” — Şəhid Əli Nəcəfovun qəhrəmanlıq yolu
ŞƏHİDLƏRİN QANI İLƏ YOĞRULUBDUR TORPAĞIMIZ, QƏLBİMİZDƏ DALĞALANIR ÜÇ RƏNGLİ BAYRAĞIMIZ
Qalibiyyət ruhlu xalq
Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidanı qarşılayıb, təkbətək görüş olub
Ərdoğan Azərbaycanı təbrik edib
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib (FOTO/VİDEO)
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib (FOTO/VİDEO)
Sabah 35 dərəcə isti olacaq
Daha 220 keçmiş məcburi köçkün vətəninə qayıdır
Bakının bəzi ərazilərində qaz olmayacaq
Bakının işğaldan azad edilməsindən 108 il ötür
Azərbaycanda Bilik Günüdür
Dövlət Su Ehtiyatları Agentliyinə yeni səlahiyyət verildi
Sabah Bakı, Sumqayıt, Abşeron üzrə pensiyalar ödəniləcək
Ceyhun Bayramov Aİ rəsmisi ilə görüşdü - sülhü müzakirə etdi
Muxtar Babayev: 2030-cu ilə qədər elektrik enerjisinə investisiyalar 600 milyard dollara çatmalıdır
Avqustda qiyməti artan mal və xidmətlərin adları açıqlandı - FOTO
Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsinə dair yeni Dövlət Proqramı təsdiqlənib
Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasını təbrik edib
Minlərlə azərbaycanlı “qara siyahı”ya düşdü - ölkəyə buraxılmayacaqlar
Şəkidə istirahət mərkəzində iki nəfərin ölməsi faktı ilə bağlı cinayət işi başlanıb
Leyla Əliyeva və Arzu Əliyeva Madriddə MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışında iştirak ediblər
Nazirlər Kabinetindən ADSEA ilə bağlı QƏRAR
Prezident və birinci xanım Şarovskinin vida mərasiminə əkil göndəriblər
Bağçalara növbəyə yazılma başlayır
Bağçalara növbəyə yazılma başlayır
Qızıl və gümüş ucuzlaşıb
Yol polisi sürücülərə müraciət etdi
Azərbaycan nefti bir gündə 87 sent bahalaşdı
Xalq artisti Aleksandr Şarovski vəfat edib
Dünya xəritəsi yeniləndi – Ölkələrin ölçüləri dəyişib
Bu müəllimlər imtahana cəlb olunacaqlar
İqlim gündəminin diqqəti Bakıda: mühüm toplantı başladı
Məktəblərin qarşısında təhlükəsizlik tədbirləri GÜCLƏNDİRİLİR
Prezident iki ölkəyə səfir təyin etdi
Bakıda bal yarmarkası keçiriləcək
Payız Azərbaycana bu tarixdə gələcək - Dəqiq saat AÇIQLANDI
Sabah temperatur 35 dərəcəyə çatacaq
Azərbaycan neftinin qiyməti kəskin artdı - 105 dollar oldu
Putin “səfərbərlik olmayacaq” dedi - amma azərbaycanlılar rahat olmasın!
Bakıda 15 bina söküləcək – SİYAHI
İlham Əliyev Melonini təbrik etdi
Samuxda qarayara yayılır? - Nazirlikdən AÇIQLAMA
Azərbaycanda 1400-dən artıq şəxs orqan və toxuma transplantasiyası üçün növbə gözləyir - RƏSMİ
Bakıda motosikletli təcili yardım: TƏBİB sayını açıqladı
Altsheymer xəstəliyinin səbəbləri və gizli simptomları
Azərbaycan cüdoçusu Fərid Rzazadə Ekvadorda dünya çempionu olub
Azərbaycan UEFA reytinqində 26-cı yerdə qərarlaşıb
Azərbaycanda keçiriləcək dünya çempionatı ilə bağlı Sərəncam imzalandı
Bu gün UFC Fight Night Baku keçiriləcək
Millimiz İrəvandakı Avropa çempionatına qatılmaqdan imtina etdi - FOTO
İdman zalında qəfil ölümlər - Azərbaycanda və dünyada məşhur simaların faciəli taleləri
Dünən saxlanılan məşhurlara bölmədə verilən 5 sual - FOTO
Ayan Babakişiyeva dinini dəyişib
Faytonçu Nazimin son durumu AÇIQLANDI
"Röyanın mənə böyük sevgisi var" - 54 yaşlı AYGÜN
Aidə anidən AzTV-dən getdi
Şimali Kiprdə matəm elan edildi
Nepaldakı sel fəlakətində 1 500 insan itkin düşüb