Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında iştirak edib.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Belarus Prezidenti Aleksandr Lukaşenko iclasın gündəliyi barədə məlumat verdi, ölkəsinin MDB-yə sədrliyi dövründə həyata keçirilən tədbirlərdən danışdı və üzv ölkələrə Belarusa təşkilata rəhbərliyi dövründə göstərdikləri dəstəyə görə minnətdarlıq etdi. Belarus Prezidenti bildirdi ki, Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən bu iclası MDB-nin yaradılmasının 30 illiyi ərəfəsində təşkil edildiyi üçün əlamətdardır.
Prezident Aleksandr Lukaşenko dedi: Ənənəyə uyğun olaraq, müzakirələrimizin əvvəlində sözü Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevə vermək istərdim. İlham Heydəroğlu, xahiş edirəm, çıxış edəsiniz.
Dövlətimizin başçısı iclasda çıxış etdi.
Prezident İlham Əliyevinçıxışı-Sağ olun, hörmətli Aleksandr Qriqoryeviç.
Onlayn rejimdə bugünkü sammitimizin təşkilinə görə Sizə təşəkkürümü bildirmək istəyirəm.
COVID ilə bağlı çətinlikləri hamımız başa düşürük. Ona görə, bu cür ünsiyyət forması bir növ ənənəyə çevrilir, lakin ümid edirəm ki, yaxın vaxtlarda ölkələrimizdə COVID ilə bağlı vəziyyət daha sabit olanda öz həmkarlarımı görəcəyəm.
Hörmətli Aleksandr Qriqoryeviç, hörmətli dövlət başçıları, həmkarlar. Müharibənin başa çatmasından, Vətən müharibəsində Azərbaycanın Qələbəsindən bir il keçməsi ilə əlaqədar bizim regionda yaranmış vəziyyət barədə sizi məlumatlandırmaq istərdim. Bu bir il ərzində nələr baş verməsi, qarşımızda duran çağırışlar və regional inkişafın perspektivləri barədə informasiyanı sizə təqdim etmək istərdim.
Bütövlükdə postmünaqişə dövrü sakit keçir. Ona görə "postmünaqişə dövrü" deyirəm ki, Dağlıq Qarabağ münaqişəsi keçmişdə qalıb. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib, BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin Azərbaycan ərazisindən dərhal, qeyd-şərtsiz və tamamilə çıxarılmasını tələb edən qətnamələrini yerinə yetirib və Azərbaycan Ermənistanla münaqişəni hərbi-siyasi yolla həll edib. 2020-ci il noyabrın 9-dan 10-na keçən gecə Rusiya, Azərbaycan prezidentlərinin və Ermənistanın baş nazirinin üçtərəfli Bəyanatı imzalandı. Bu Bəyanat Ermənistan-Azərbaycan münaqişəsinə son qoydu. Hərbi əməliyyatların dayandırılmasında Rusiya Federasiyasının Prezidenti Vladimir Vladimiroviç Putinin xüsusi rolunu bir daha qeyd etmək istərdim. Bu, hər iki tərəfdən minlərlə insanın ölümündən qaçmağa imkan verdi. Üçtərəfli Bəyanata müvafiq olaraq, Ermənistan öz işğalçı qüvvələrini Azərbaycanın Ağdam, Laçın və Kəlbəcər rayonlarının işğal edilmiş hissəsindən çıxardı. Bundan əvvəl Azərbaycan Silahlı Qüvvələri 300-dən çox şəhəri və kəndi döyüş meydanında azad etdi. Beləliklə, artıq qeyd etdiyim kimi, münaqişə hərbi-siyasi yolla həll edildi. Həmçinin üçtərəfli Bəyanata müvafiq olaraq Azərbaycanın Qarabağ regionuna Rusiya sülhməramlıları yerləşdirildi. Nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı məsələlərin həll edilməsi üçün Rusiya, Azərbaycan və Ermənistanın baş nazirlərinin müavinlərinin həmsədrliyi ilə işçi qrup yaradıldı. Azərbaycanın Ağdam rayonunun ərazisində Azərbaycan tərəfi Rusiya-Türkiyə monitorinq mərkəzi yaratdı.
Hazırda Azərbaycanın qarşısında duran əsas problemlər azad edilmiş ərazilərin minalardan təmizlənməsi və dağıdılmış infrastrukturun, binaların, evlərin, Azərbaycan xalqının tarixi abidələrinin bərpasıdır. Müharibədən sonra 150-dən çox vətəndaş minaya düşərək həlak olub, yaxud ciddi xəsarətlər alıb. Ermənistan minalanmış sahələrin tam xəritələrini bizə verməkdən imtina edir. Azərbaycana verilmiş az sayda xəritələrin dəqiqliyi təqribən 25 faizdir. Azad edilmiş ərazilərdə təqribən 30 illik işğal dövründə demək olar ki, bütün binalar və tarixi abidələr dağıdılıb. Azad edilmiş ərazilərdəki 67 məsciddən 65-i tamamilə dağıdılıb. Qismən dağıdılmış qalan iki məsciddə işğalçılar donuz və inək saxlayır, müsəlmanların heysiyyətini qəsdən təhqir edirdilər. Füzuli şəhərində və Füzuli rayonunun bütün kəndlərində binalar və evlər 100 faiz dağıdılıb. Ağdam şəhərində və Ağdam rayonunda da eyni vəziyyətdir. Ağdam şəhəri "Qafqazın Hirosiması" adlandırılır. Cəbrayıl rayonunda cəmi 2 bina salamat qalıb, orada Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçuları yerləşirdi. Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər rayonlarında da oxşar vəziyyətdir. Şuşa şəhərində işğala qədər mövcud olan 17 məsciddən 16-sı Ermənistan tərəfindən dağıdılıb. Bir məscid "tolerantlıq" nümayiş etdirmək üçün saxlanılıb və İrandan olan qondarma mütəxəssislərin köməyi ilə onu fars məscidi kimi təqdim etməyə cəhd göstərilib. Evlər və ictimai binalar kərpic-kərpic, daş-daş sökülüb, Ermənistana və İrana satılıb. Azərbaycan ərazilərində vandalizmin izləri belədir. Təbiətə çox böyük ziyan vurulub, 60 min hektara yaxın meşə qırılıb, doğranıb, Ermənistana və İrana satılıb. Qızıl yataqları və digər təbii ehtiyatlar qanunsuz istismar edilib. Transsərhəd Oxçuçay çayı bir Avropa şirkətinin iştirakı ilə sistematik olaraq çirkləndirilirdi, bu da artıq nüfuzlu beynəlxalq ekspertlər tərəfindən təsdiq edilmiş ekoloji fəlakətə gətirib çıxarıb. İşğal edilmiş ərazilərdə real mənzərə belədir. Azad edilmiş ərazilərdə bir ildən az müddətdə bir çox ölkələrdən olan minlərlə siyasətçi, diplomat və jurnalist, o cümlədən MDB ölkələrinin nümayəndələri bunları görüblər. Azərbaycan İranla dövlət sərhədinin təqribən 30 il müddətində Ermənistanın nəzarəti altında olmuş 130 kilometrlik hissəsində nəzarəti ötən bir ildə bərpa edib və beləliklə, İrandan Azərbaycanın Cəbrayıl rayonundan keçməklə Ermənistana və daha sonra Avropaya narkotrafik marşrutunu bağlayıb. Azərbaycan-İran sərhədinin digər sahələrində bizim tutub saxladığımız heroinin həcmi əvvəlki illərin müvafiq dövrü ilə müqayisədə iki dəfə artıb. Bu, o deməkdir ki, təqribən 30 il müddətində Ermənistan İranla əlbir olaraq Azərbaycanın o vaxt işğal altındakı ərazilərindən Avropaya narkotrafik üçün istifadə edib.
Mən işğal illərində dəfələrlə bəyan etmişdim ki, işğal olunmuş ərazilərdən narkotrafik məqsədilə və beynəlxalq terrorçuların hazırlanması üçün istifadə edilir. Bu gün bu, sübut edilmiş faktdır. Belə adlandırılan "erməni hərbi əsirlər" məsələsinə də toxunmaq istərdim. Azərbaycan müharibə dövründə tutulub saxlanılmış bütün hərbi əsirləri Ermənistanın azərbaycanlı hərbi əsirləri bizə verməsindən daha əvvəl verib. Üçtərəfli Bəyanat imzalanandan iki həftədən çox sonra, keçən il noyabrın axırlarında 62 nəfərdən ibarət təxribat qrupu Ermənistanın Şirak regionundan Azərbaycan Silahlı Qüvvələrinin arxa hissəsinə, artıq işğaldan azad edilmiş ərazilərdə təxribatlar törətmək üçün göndərilmişdi. Azərbaycan hərbi qulluqçuları həmin qrupu tutaraq tərksilah etdi. Beynəlxalq konvensiyalara müvafiq olaraq bu təxribatçılar hərbi əsir hesab edilə bilməz.
Müharibə və münaqişə tarixdə qaldı. Biz, ərazi bütövlüyünün qarşılıqlı tanınması şərti ilə sərhədlərin delimitasiyasına dair Ermənistanla danışıqlara başlamağa hazırıq, həmçinin Ermənistan ilə sülh sazişinə dair danışıqlara başlamağa hazırıq. Azərbaycan qalib ölkə kimi münasibətləri normallaşdırmağa hazırdır. Ümidvarıq ki, Ermənistan rəhbərliyi bu tarixi şansı əldən verməyəcək.
Diqqətinizə görə sağ olun.
X X X
Prezident Aleksandr Lukaşenko: Qısa və məzmunlu çıxışınıza görə Sizə minnətdaram.
X X X
Sonra təşkilata üzv ölkələrin dövlət və hökumət başçıları çıxış etdilər.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Azərbaycan dövlətlər və xalqlar arasında körpü yaradır
Cəlilabadda acı həyat gerçəyimiz: Ahıl ana və qızı qəbiristanlıqda yaşayır
Quba Regional Mərkəzi Xəstəxanasında baş verənlər “ailə idarəçiliyi”? – Şəffaflıq niyə təmin olunmur, yoxlamaların nəticəsi niyə gizlədilir?
XƏTAİ RAYON 55 SAYLI MƏKTƏBDƏ ŞƏHİDLƏRƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLDİ
YENİ DOĞULAN UŞAQLARIN KABUSUNA ÇEVRİLƏN DOĞUM EVİ
ŞƏHİDLƏRİN QANI İLƏ YOĞRULUBDUR TORPAĞIMIZ, QƏLBİMİZDƏ DALĞALANIR ÜÇ RƏNGLİ BAYRAĞIMIZ
Vətənə həsr olunmuş ömür –şəhid Aydın Abdullayev
Qalibiyyət ruhlu xalq
Meyitdən 19 yaşlı gəncə ürək transplantasiya edildi - Azərbaycanda ilk
Türkiyədə illər sonra çarəsiz xəstəlik aşkarlandı - İki nəfər yoluxub
"Dövlət xidmətləri haqqında" qanun layihəsi üçüncü oxunuşda qəbul edilib
Növbəti köç karvanı Xıdırlı kəndinə çatdı
Sərnişindaşıma ilə məşğul olan avtomobil nəqliyyatı üçün yeni qaydalar müəyyənləşir
Milli Məclisdə jurnalistlərə qoyulan bu qadağa götürüldü
Qırğızıstan Rusiyanın hədəfində: Japarov qəti danışdı
Hikmət Hacıyev xarici diplomatların Cəbrayıl və Zəngilana səfəri ilə bağlı paylaşım etdi
Milli Məclisin növbəti plenar iclası başladı
Mehdiyevlər ailəsinə məxsus klinika ilə bağlı şok faktlar
Xaçmazda 42 yaşlı qadın qətlə yetirilib, yeniyetmə oğlu saxlanılıb
Mehdiyev işində sürpriz adlar - Hədəfdə onlardır
Zelenski Rusiyanın Ukraynaya son zərbələrinə reaksiya verib: ölənlər və onlarla yaralı var
Azərbaycanın əksər rayonlarında həkim çatışmazlığı var - Vüqar Qurbanov
Növbəti köç karvanı Ağdərənin Vəngli kəndinə çatıb
İlin sonuna qədər xəstəxanalara qəbul tamamilə elektron olacaq
Balakənin icra başçısı vəzifəsindən azad olundu - Sərəncam
Bakıda daha bir ərazidə binalar plana düşdü:
Maşına zorla mindirib apararaq döydülər - 3 qazi saxlanıldı
Leyla Əliyeva Qəbələdə “Gənc arıçı” layihəsinin iştirakçısı ilə görüşüb - FOTO
Ramiz Mehdiyevə verilən bütün fəxri adlar, ordenlər silindi
Belə üsullarla "WhatsApp"ınıza girirlər - XƏBƏRDARLIQ
Düşünürdüm ki, Putinlə bunu həll edəcəm… - Tramp
Leyla Əliyeva və Arzu Əliyeva Qax rayonunda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Astarada 18 yaşı tamam olmayan gəlin toy günündə öldü..-.yenilənib
Mənzil İnşaatı Dövlət Agentliyi güzəştli mənzillər satışa çıxarır
Bakıda Qlobal Gənclər Günü keçiriləcək
Tacikistan Ali Məclisi Nümayəndələr Palatasının sədri Azərbaycana səfərə gəlib
İlham Əliyev Cəbrayıl rayonunun Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
Azərbaycan nümayəndə heyəti Avronest PA-nın İrəvandakı plenar sessiyasında iştirak etməyəcək
Milli Məclisdə beynəlxalq konfrans keçiriləcək
Mütəşəkkil dəstə ifşa edildi: 81,5 milyonluq dələduzluq, 300-ə yaxın vətəndaş aldadılıb
Ukrayna ordusu yaşayış məntəqəsini azad etdi
Tramp Putini hədələdi: Bir də bu haqda danışma!
DİN sürücü və piyadalara müraciət edib
Birinci Qarabağ müharibəsinin itkin düşmüş 16 şəhid dəfn olunacaq
Müdafiə Nazirliyi istifadəyə yararsız döyüş sursatlarının məhv ediləcəyini açıqlayıb
Bu müəllimlərə əlavə 2000 manat veriləcək
İdman zalında qəfil ölümlər - Azərbaycanda və dünyada məşhur simaların faciəli taleləri
“Qarabağ” UEFA reytinqində əmsalını artırdı
“Qarabağ” bu gün “Kopenhagen”ə qarşı - Saatlar qaldı
III MDB Oyunlarında Azərbaycanın bayraqdarları - FOTO
Formula 1 Azərbaycan: sərbəst yürüş başladı
Formula 1 zamanı açıq olan yolların SİYAHISI
Dünən saxlanılan məşhurlara bölmədə verilən 5 sual - FOTO
Ayan Babakişiyeva dinini dəyişib
Faytonçu Nazimin son durumu AÇIQLANDI
"Röyanın mənə böyük sevgisi var" - 54 yaşlı AYGÜN
Aidə anidən AzTV-dən getdi