sedanews.az
sedanews.az

QMİ sədri Laçın dəhlizindəki vəziyyətlə bağlı beynəlxalq konfrans iştirakçılarını məlumatlandırıb

21-02-2023, 14:27 275 dəfə baxılıb

  Portuqaliyanın paytaxtı Lissabonda KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin Direktorlar Şurasının növbəti, 28-ci sessiyası keçirilib.
   Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) REAL-a verilən məlumata görə, 2017-ci ildən bəri müsəlman dini lider olaraq Şuranın üzvü olan İdarənin sədri, Şeyxülislam Allahşükür Paşazadə həzrətləri sessiyada iştirak edib.
   Sessiyada İslam, Xristian, Yəhudi, Hinduist və Buddizm dinlərini təmsil edən Şura üzvləri əvvəlcə Mərkəzin yeni təyin olunmuş Baş Katibi və onun müavini ilə tanışlıq görüşündə bir araya gəliblər. Daha sonra Şura öz işinə gündəmə uyğun olaraq davam edib.
QMİ sədrinin irəli sürdüyü təklifə əsasən Şura sədrinin və sədr müavininin səlahiyyətləri cari ilin sonunadək yekdilli səsvermə ilə uzadılıb.
   Sessiyada əsas məruzə ilə çıxış edən Şeyxülislam həzrətləri katibliyin yeni rəhbərliyini salamlayıb, onlara öz xeyir-duasını verib, Mərkəzin ötən dövr ərzindəki fəaliyyətindən və Portuqaliyaya köçürüldükdən sonra qarşısında duran vəzifələrdən bəhs edib.
   Dünyada son dövrdə baş verən mühüm hadisələri, sülh, sabitlik və təhlükəsizliyi təhdid edən çağırışları təhlil edən QMİ sədri Cənubi Qafqaz regionunda, xüsilə də ölkəmizdə və onun ətrafında baş verən hadisələrdən danışıb, o cümlədən, Azərbaycanın Tehrandakı səfirliyinə edilən və səfirlik əməkdaşının ölümü ilə nəticələnən terror hücumunu pisləyib, Laçın dəhlizilə bağlı ölkəmizə qarşı səsləndirilən iddiaların yalan və iftira olduğunu vurğulayıb və iştirakçıların nəzərinə Azərbaycan həqiqətlərini çatdırıb.
  Qeyd edək ki, COVID 19 Pandemiyasından, eləcə də KAICIID Qərargahının Vyanadan Lissabona köçürülməsindən sonra bu, KAICIID Direktorlar Şurasının Portuqaliyada baş tutan ilk görüşü idi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA