sedanews.az
sedanews.az

Slovakiya Milli Şurasının sədri Şəhidlər xiyabanını ziyarət edib

5-09-2023, 16:34 148 dəfə baxılıb

Slovakiya Milli Şurasının sədri Şəhidlər xiyabanını ziyarət edib


   Azərbaycanda işgüzar səfərdə olan Slovakiya Milli Şurasının sədri Boris Kolların rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 5-də Şəhidlər xiyabanını ziyarət edib.
  REAL  xəbər verir ki, Boris Kolların rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anıb, məzarları üzərinə tər çiçəklər düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
  Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilib.












Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA