sedanews.az
sedanews.az

Bu nazirlik direktor axtarır – Müsabiqə

14-01-2020, 11:34 823 dəfə baxılıb

Bu nazirlik direktor axtarır – Müsabiqə



                Ekologiya və Təbii Sərvətlər Nazirliyi dövlət qoruq və parklarına direktor axtarır.
Nazirlikdən verilən məlumata görə, bu məqsədlə müsabiqə elan olunub. Korçay Dövlət Təbiət Qoruğu, Eldar şamı Dövlət Təbiət Qoruğu, Göygöl Milli Parkı və həmçinin Altıağac Milli Parkına direktor müsabiqə yolu ilə təyin ediləcək.
Müsabiqədə iştirakçıların seçilməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, İDEA İctimai Birliyinin, Dövlət Turizm Agentliyinin və AMEA-nın Zoologiya İnstitutunun mütəxəssislərindən ibarət komissiya tərəfindən həyata keçirilir.
Müsabiqədə iştirak edənlər müvafiq sənədləri (kadrların şəxsi uçot vərəqəsi, tərcümeyi-hal, ali təhsil haqda diplomun surəti) 2020-ci ilin 24 yanvar tarixinədək Nazirliyin İnsan Resurslarının İdarə Edilməsi Şöbəsinə təqdim etməlidir.
Namizədlər sahəvi bilikləri bilməli, idarəetmə bacarığı olmalı, ümumi dünyagörüşü, məntiqi, sahə üzrə beynəlxalq bilik və iş təcrübəsinə, natiqlik qabiliyyətinə malik olmalıdır. Həmçinin kompüter bilikləri vacibdir. Entuziazm və rasional təkliflər bacarığı da tələb edilir.
Namizədliklər qəbul edilərkən rəhbər vəzifədə 5 il iş stajı olan, 25 yaşı tamam olmuş və təbiət elmləri üzrə elmi dərəcəli şəxslərə üstünlük veriləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA