sedanews.az
sedanews.az

Koronavirusun “zəif yeri” tapıldı

18-03-2020, 12:42 600 dəfə baxılıb

Koronavirusun “zəif yeri” tapıldı




Çinli alimlər koronavirusun insan orqanizminin hüceyrələrinə daxil olmasının yeni yolunu müəyyən ediblər. Mütəxəssislərin fikrincə, virusun zəif yeri sayılan bu mexanizmin kəşfi effektiv dərmanların hazırlanmasına kömək edəcək.
Bununla bağlı elmi işin nəticələri “bioRxiv” nəşrində dərc olunub.
Bildirilir ki, SARS-CoV-2 hüceyrələrin səthindəki CD147 reseptoruna bağlanaraq hüceyrələrə hücum edir. Virus əleyhinə “In vitro” testləri göstərib ki, “meplazumab” (CD147 anticisimləri əsasında hazırlanan preparat) virusların hüceyrələrə nüfuz etməsinə əhəmiyyətli dərəcədə mane olur.
Virus özünün SP zülalından istifadə edərək hüceyrələrə bağlanır. Bu immunoelektron-mikroskopik tədqiqatlarla öz təsdiqini tapıb.
Bundan əvvəl Ümumdünya Səhiyyə Təşkilatının nümayəndəsi Kristian Lindmayer “paracetamol”un COVID-19 əlamətlərinə qarşı bir vasitə kimi qəbulunu tövsiyə edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA