sedanews.az
sedanews.az

40 milyon ayrılır: Onların əvəzinə dövlət ödəyəcək

14-04-2020, 13:15 599 dəfə baxılıb

40 milyon ayrılır: Onların əvəzinə dövlət ödəyəcək





                
Təhsil nazirinin müşaviri Elnur Məmmədov Nazirlər Kabinetinin sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə qərarını şərh edib.
Axar.az xəbər verir ki, o qeyd edib ki, Azərbaycan Respublikasının təhsil müəssisələrində normativ təhsil müddətində ödənişli əsaslarla əyani təhsil alan (təkrar ali və orta ixtisas təhsili istisna olmaqla) və sosial baxımdan aşağıdakı həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin 2020-ci ildə tədris semestrləri (yarımillikləri) üçün təhsil haqqı xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək:
1.1. ünvanlı dövlət sosial yardımı alanlar;
1.2. hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) və ya qanuni nümayəndələri aşağıdakı kateqoriyaların hər hansı birinə aid olanlar:
1.2.1. I və II dərəcə əlilliyi olan şəxslər;
1.2.2. işsiz kimi qeydiyyatda olanlar;
1.2.3. yaşa görə əmək pensiyaçıları;
1.2.4. yaşa görə sosial müavinət alanlar.
Bu kateqoriyaya aid olan tələbələrin sayı hazırda 20 mindən çoxdur, onların əksəriyyəti ali təhsil müəssisələrində, digərləri orta ixtisas və peşə təhsili müəssisələrində oxuyurlar.
Bu məqsədlə dövlət büdcəsindən 40 milyon AZN vəsait ayrılacaq”.
E.Məmmədov həmçinin qeyd edib ki, ötən il ali təhsil sistemində dövlət sifarişli yerlərin əhəmiyyətli şəkildə artırılmasının nəticəsi olaraq hazırda ölkədə hər iki tələbədən birinin təhsil haqqı xərclərini dövlət ödəyir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA