sedanews.az
sedanews.az

15 yaşlı qızın ailəsi: “Övladımızı evləndirməmişik, karantindən qorxduğumuza görə nişanlamışıq” - FOTO

27-07-2021, 11:00 389 dəfə baxılıb

15 yaşlı qızın ailəsi: “Övladımızı evləndirməmişik, karantindən qorxduğumuza görə nişanlamışıq” - FOTO
Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Xaçmaz rayonunda 15 yaşlı qızın 29 yaşlı oğlanla evləndirilməsinə münasibət bildirib.
Qurumun mətbuat katibi Teymur Mərdanoğlu Oxu.Az-a açıqlamasında bildirib ki, məsələ araşdırılıb:
“Sosial şəbəkələrdə görüntülər yayılan kimi Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi dərhal məsələyə reaksiya verdi. Komitə rəhbərliyinin tapşırığı ilə Xaçmaz Rayon İcra Hakimiyyətinin yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya üzvləri ailədə olublar. Onlar əməkdaşlara bildirilib ki, 15 yaşlı qız ərə verilməyib, sadəcə nişan edilib.
Ailə qeyd edib ki, pandemiya görə yenidən sərt karantinin olmasından qorxduqları üçün nişan ediblər. Qızın toyu təhsilini bitirdikdən sonra, 18 yaşı tamam olan zaman baş tutacaq”.
O qeyd edib ki, məsələ komitənin nəzarətindədir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA