sedanews.az
sedanews.az

Tibbi turizmlə bağlı ilkin planlar hazırlanıb

20-12-2023, 13:56 172 dəfə baxılıb


  “Bir çox xarici ölkələrdən Azərbaycana səyahət edən şəxslər var. Tibbi turizmin ölkədə inkişafı ilə bağlı bir çox xarici dövlətlərlə əməkdaşlıq etmək üçün ilkin planlar hazırlanıb, müzakirələr gedib. Bir çox ölkələrin turizm şirkətləri və qurumları ilə danışıqlar olub”.
   Bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov jurnalistlərə açıqlamasında deyib.
  O qeyd edib ki, vətəndaşlar tibbi xidmət üçün əvvəl xarici ölkələrə müraciət edirdilərsə, artıq Azərbaycanda bu imkanlar yaradılacaq: “İlk növbədə tibbi turizm xidmətini Yeni Klinika üzərindən həyata keçirməyi düşünürük. Çünki bu tibb müəssisəsi həm şərait, həm təchizat, həm də tibbi xidmətin göstərilməsi baxımından uyğundur. Gələn il üçün nəticələri görəcəyik. Həmçinin gələn ildən xaricdə olan həkimlərimizin çox hissəsi Azərbaycan səhiyyəsində xidmətini davam etdirəcək”. (QAFQAZİNFO)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA