
ABŞ hücum etsə, Danimarka dərhal məhv edəcək - Əmr1952-ci il tarixli bir əmrə əsasən, Danimarka ərazisinə hücum halında hərbi qulluqçular xəbərdarlıq etmədən və ya komandanlığın əlavə əmri olmadan atəş açmalıdırlar.
Axar.az xəbər verir ki, bu barədə “Berlingske” qəzeti məlumat yayıb.
"Əmr gözləmədən və ya tələb etmədən döyüşə girin" deyə qəzet əmrdən sitat gətirib.
Ölkənin Müdafiə Nazirliyi əmrin qüvvədə qaldığını təsdiqləyib, yəni Qrenlandiyadakı Danimarka əsgərləri Amerika qüvvələrinin hücumu halında atəş açmalı olacaqlar.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp dəfələrlə Qrenlandiyanın ABŞ-a qoşulmalı olduğunu bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.