sedanews.az
sedanews.az

Türkmənistan və Hindistan arasında siyasi məsləhətləşmələr keçirildi

Bugün, 10:40


  Aşqabadda Türkmənistan və Hindistan Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib.
rilib.
Sedanews.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Türkmənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
  Türkmənistan tərəfinə xarici işlər nazirinin müavini Myaxri Byaşimova, Hindistan tərəfinə isə Xarici İşlər Nazirliyinin Qərb məsələləri üzrə katibi Sibi Corc rəhbərlik edib.
  Diplomatlar siyasi-diplomatik, ticari-iqtisadi, elm-təhsil və mədəni-humanitar sahələrdə əməkdaşlıq məsələlərini müzakirə ediblər, yaxın gələcəkdə iki ölkənin xarici işlər nazirləri arasında görüşün keçirilməsinin vacibliyini vurğulayıblar.
  Həmçinin parlamentlərarası dialoq və Türkmənistan-Hindistan münasibətləri üçün hüquqi çərçivənin inkişafı məsələləri müzakirə edilib. Tərəflər BMT də daxil olmaqla regional və beynəlxalq təşkilatlar çərçivəsində konstruktiv tərəfdaşlığa diqqət çəkiblər.
  Ticari-iqtisadi əlaqələr və əməkdaşlığın genişləndirilməsi imkanlarına da toxunulub. Enerji, nəqliyyat, kənd təsərrüfatı və digər sektorlarda mövcud və gələcək layihələr də ətraflı araşdırılıb. İki ölkənin özəl sektorları arasında əməkdaşlığın rolu vurğulanıb.
  Məsləhətləşmələrin sonunda tərəflər mədəni və humanitar əməkdaşlıq və 2026-cı il üçün birgə fəaliyyət planını müzakirə ediblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA