sedanews.az
sedanews.az

İsrailin İranla bağlı qırmızı xətləri açıqlandı

Bugün, 13:00

   İsrail Baş naziri Benyamin Netanyahu ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkofla görüşdə İranla bağlana biləcək istənilən məqbul razılaşma üçün Təl-Əvivin qırmızı xətlərini açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə “Ynet” məlumat yayıb.
  Nəşr yazır ki, bu qırmızı xətlərə uranın zənginləşdirilməsinin tam dayandırılması, zənginləşdirilmiş uranın 450 kiloqramlıq ehtiyatının İran ərazisindən çıxarılması, ballistik raket proqramının dayandırılması və regional proksi qüvvələrə dəstəyin sona çatdırılması daxildir.
Üç saat yarım davam edən görüşdə İsrailin təhlükəsizlik qurumlarının rəhbərləri Uitkoffa İranın nüvə proqramı, bu ölkənin ballistik raket layihələri ilə bağlı ən son kəşfiyyat və etirazlar zamanı mülki şəxslərin qətlə yetirilməsi barədə məlumatları təqdim ediblər.
ABŞ prezidentinin xüsusi nümayəndəsi də Tehranın yaratdığı maneələrə toxunaraq bildirib ki, Vaşinqton sadəlövh deyil, öz şərtləri üzərində möhkəm dayanacaq.
  “Ynet”in məlumatına görə, İsrailin ən böyük narahatlığı ABŞ-nin özləri tərəfindən müəyyən edilmiş dörd şərtdən ikisi üzrə güzəştə getməsidir. Bu isə o deməkdir ki, ABŞ nüvə məhdudiyyətləri üzərində israr edə, amma ballistik raketlər, terror fəaliyyəti, proksi qüvvələrə dəstək və etirazçıların repressiyası məsələlərində geri çəkilə bilər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA