sedanews.az
sedanews.az

İran bunu etməsə, NATO əməliyyata başlayacaq

Bugün, 14:29

   İran iyulun əvvəlinə qədər Hörmüz boğazındakı blokadanı aradan qaldırmasa, kommersiya gəmilərinin keçidini təmin etmək üçün xüsusi missiyanın başladılması ehtimalı NATO-da müzakirə olunur.
Axar.az xəbər verir ki, bu barədə “Blumberq” agentliyi Alyansdakı mənbələrə istinadən məlumat yayıb.
Agentliyin həmsöhbətlərinin sözlərinə görə, ideya artıq NATO-ya üzv bir neçə ölkə tərəfindən dəstəklənir, lakin hələlik ümumi razılıq yoxdur. Yekun qərarın 7–8 iyul tarixlərində Ankarada keçiriləcək alyans sammitində veriləcəyi gözlənilir.
  NATO-nun Avropadakı birgə qüvvələrinin baş komandanı Aleksus Qrinkeviç belə bir ssenarinin nəzərdən keçirildiyini təsdiqləyib:
“Əvvəlcə siyasi qərar qəbul edilməlidir, sonra isə rəsmi planlaşdırma aparılmalıdır. Mən bu barədə düşünürəmmi? Əlbəttə”.
Eyni zamanda NATO-da etiraf edirlər ki, təhlükəsiz gəmiçiliyə zəmanət vermək çətin olacaq. Hətta ABŞ-ın regionda gəmilərin keçidini təmin etmək üçün əvvəlki cəhdi də qısamüddətli olmuşdu.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA