sedanews.az
sedanews.az

ABŞ “Tramp marşrutu” ilə bağlı qərarı təsdiqlədi

4-06-2026, 12:00

ABŞ “Tramp marşrutu” layihəsinin inkişafı üzrə Ermənistan-Amerika şirkətinin yaradılmasını təsdiqləyib.
Sedanews.az Telegraf-a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Ermənistandakı səfirliyi məlumat yayıb.


Bildirilib ki, ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyasının Direktorlar Şurası iyunun 3-də bir sıra yeni strateji investisiyaları, o cümlədən ticarət, nəqliyyat, iqtisadi inkişaf və regional kommunikasiyaları dəstəkləməyi hədəfləyən Ermənistan-Amerika birgə müəssisəsi olan TRIPP İnkişaf Şirkətinin yaradılmasını təsdiqləyib.


Şirkət dəmir yolları, avtomobil yolları, boru kəmərləri, fiber-optik şəbəkələr və sair daxil olmaqla, əsas infrastruktur layihələrinin həyata keçirilməsini dəstəkləyəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA