sedanews.az
sedanews.az

12 mindən çox iranlı zəvvar ölkəsinə dönə bilmir

Bugün, 09:43


İranla İsrailin davam edən münaqişəsi fonunda Səudiyyə Ərəbistanının Mədinə şəhərinə ziyarətə gedən 12500 iranlı zəvvar orada qalıb.
 
sedanevs.az  IRNA-ya istinadən xəbər verir ki, iranlı zəvvarlar iyunun əvvəlində müsəlmanların illik Həcc ziyarəti və iyunun 6-da Qurban Bayramını qeyd etmək üçün Səudiyyə Ərəbistanının Məkkə şəhərində olublar.
 
Onların bəziləri həcc ziyarəti zamanı Mədinəyə də səfər ediblər:
 
“Şərq əyalətlərindən gələn zəvvarlar üçün qonşu ölkələrin hava limanlarından istifadə edilməsinə dair danışıqlar olub, lakin bu, həyata keçirilməyib”.
 
İran bildirir ki, zəvvarların quru sərhəd keçidləri vasitəsilə geri qayıtmasını təmin etmək üçün Səudiyyə Ərəbistanı və İraqla danışıqlar aparır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA