sedanews.az
sedanews.az

İnternetə görə bütün uçuşları ləğv etdilər

30-09-2025, 11:32


Əfqanıstanın paytaxtı Kabilin hava limanında bütün uçuşlar ləğv edilib.
sedanevs.az ” “Amu TV” telekanalına istinadən xəbər verir ki, buna səbəb ölkə üzrə internetin tamamilə kəsilməsi olub.
Belə ki, aeroport əməkdaşları əvvəlcədən məsələ ilə bağlı məlumatlandırılmayıb. Ləğv edilən reyslər arasında “Ariana Afghan Airlines” şirkətinin Dubaya, eləcə də “Kam Air”in İstanbula olan uçuşları da var. 
Xatırladaq ki, sentyabrın 29-da Əfqanıstanda ölkə boyu internet bağlantısı kəsilib. Bunun Əfqanıstanda hazırda hakimiyyətdə olan Taliban hərəkatının “mənəvi tədbirlər” görməsi ilə əlaqəli olduğu bildirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA