sedanews.az
sedanews.az

Süni intellekt gələcəkdə bəşəriyyəti məhv edə bilər! - XƏBƏRDARLIQ

3-10-2025, 11:13



Amerikanın “OpenAI” texnologiya şirkətinin rəhbəri Sem Altman bəyan edib ki, süni intellekt gələcəkdə dünyanı ələ keçirə və bəşəriyyəti məhv edə bilər.

sedanevs.az xəbər verir ki, bu barədə Almaniyanın nüfuzli “Bild” qəzeti məlumat yayıb.

Altmanın fikrincə, bu, mümkün ssenarilərdən yalnız biridir. Başqa bir ssenariyə görə, süni intellekt insanları özünə tabe edə bilər və ya öz həyatı yaşaya bilər.

ChatGPT haqqında danışan Altman bildirib ki, ilkin mərhələdə onun abunəçilərinin sayı bir neçə milyardı keçəcək.
"İnsanlar həm işdə, həm də başqa məsələlərdə vacib həyati qərarlar vermək üçün onun cavablarına getdikcə daha çox etibar etməyə başlayırlar", - deyə Altman bildirib.

Onun sözlərinə görə, artıq insanlar süni intellektdən asılı olmağa başlayıblar:

“Bu təhlükəlidir, çünki bu yolla insanlar vəziyyətləri idarə etmək qabiliyyətini itirirlər”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA