
Rusiyanın Volqoqrad vilayətində yerləşən “Lukoyl-Korobkovski” qaz emalı zavodu PUA hücumuna məruz qalıb. Bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.
Məlumata görə, PUA zərbələri nəticəsində zavodda güclü yanğınlar baş verib. Yanğınlar hətta NASA-nın FİRMS yanğın monitorinqi peyki tərəfindən də qeydə alınıb.
Volqoqrad vilayətinin qubernatoru Andrey Boçarov isə bildirib ki, vurulan dronların qalıqları yanğına səbəb olub.
Qeyd edək ki, “Lukoyl-Korobkovski” zavodu Rusiyanın Cənub Federal Dairəsində ən böyük təbii qaz emalı müəssisəsidir. Zavodun illik emal gücü 450 milyon kubmetr təşkil edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.