
REAL TV-nin reaksiyası Ermənistan hökumətinə mesaj oldu
Keçən həftə Real tv-nin aparıcısı Vəfa Həmzayeva ilə Ermənistanın Reopen Media yayım şəbəkəsinin azərbaycanca efirə verdikləri verilişlərin müəllifi Diana Karapetyan arasında müsahibə oldu. Müsahibədə diqqəti çəkən məqam isə erməni aparıcının Qarabağı Artsax adlandırması və bizimn əməkdaş Vəfa Həmzayevanın onun bu sözünə qarşılıq verərək erməni aparıcını yerinə oturtması oldu. Bu müsahibə-müzakirədən iki gün sonra Reopen Media yayım şəbəkəsinin rəhbərliyi bəyan etdi ki, maliyyyə çatışmamazlığı ilə bağlı qurumun azərbaycan dili xidməti fəailiyyətini dayandırır. Reopen medianın maliyyə çatışmazlığı ilə bağlı açıqlaması təbii ki, həqiqəti əks etdirmir. Media qurumunun bu cür addım atmasını isə iki istiqamətdə izah etmək olar. Birincisi erməni cəmiyyətinin sülh prossesinə hazır olmaması, Azərbaycanla bu cür telemüzakirələrə revanşist münasibətləri və sərt reaksiyaları. İkincisi Ermənistan hökumətinin Azərbaycanla sülh müqaviləsinin bağlanması ərəfəsində Reopen Media yayım şəbəkəsinin təxribat xarakterli ritorikasından ehtiyat etməsi. Bu suallara cavab vermək üçün bir balaca araşdrıma apardım. Reopen media nə işlə məşğul olduğunu, hansı dillərdə proqramlar hazırladığını, Azərbaycan redaksiyasının hansı səpkidə veriliş verdiyini saf-çürük etdim. Deməli Reopen Media yayım şəbəkəsi 4 dildə Türk, Rus, Fars və Azərbaycan dilində verilişlər hazırlayır. Əsasən erməni diasporası ilə işləyir. Azərbaycan redaksiyası isə təzəlikcə 2025-ci ilin iyun ayında yaradılıb. Elə həmən aydanda verilişlər hazırlanır. Media qurumunda əsasən ermənilər işləyir. Amma Pooya Hoseyni adlı şərqişunas iranlı da bu komandanın üzvüdür. Qeyd edim ki, bu qurumun ən güclü redaksiyalarından biri də farsdilli xidmətdir. O ki qaldı azərbaycandilli redaksiyanın aparıcısı Diana Karapetyana. Bu xanım özünü politoloq və azərbaycanşünas kimi təqdim edir. Hazırladığı verilişin adı isə "Bakının Anti-Ermənistan Gündəmi" adlanır. Əslində Reopen Media yayım şəbəkəsi İranın anti-azərbaycan telekanalı olan Səhər Azərinin konsepsiyası əsasında fəailiyyət göstərir. Verilişin adından da gördüyünüz kimi azərbaycandilli xidmət iki ölkə arasında əldə edilən sülhdən çox, Azərbaycan əleyhinə təbliğatla məşğuldur. Bu günə kimi azərbaycan dilində təqribən 24-25 veriliş hazırlanıb. Və hamısı da anti-Azərbaycan yönümlüdür. İndi isə bayaq dediyim suala cavab verək. Reopenin əməkdaşı Diana Karapetyanın Reltv-nin aparıcısı Vəfa Həmzayevlə müsabidən sonra niyə azərbaycandilli xidmət bağlandı? Təbii ki erməni cəmiyyətinin sülhə hazır olmaması da bu məslədə onəmli faktordur. Nə erməni cəmiyyəti nə də bu cəmiyyəti təmsil edən Reopen Media yayım şəbəkəsinin əməkdaşları Azərbaycanla sülh ritorikasına üstünlük verə bilmirlər. Diana Karapetyanın Relatv-yə müsahibəsində Artsax təxirbatını etməsi də məhz onların revanşist düşüncəsinin nəticəsidir. Bizim aparıcı Vəfa Həmzəyevanın Diana Karapetyana özünü məğlub ölkənin telejurnalisti kimi aparamasının başa salanadan sonra, anladılar ki, revanişst ritorika artıq keçmir və cavablarını müharibədə olduğu kimi media savaşında da artıqlaması ilə alacaqlar. O cümlədən görünür bu insident Paşinyan hökümətində də bir mənalı qarşılanmayıb. Və rəsmi Bakı ilə sülh müqaviləsinin bağlanması ərəfəsində anti-Azərbaycan düşüncəli azərbaycandilli redaksiyanın fəailiyyətini məqbul hesab etməyiblər. Buna görə Reopen Media yayım şəbəkəsinin rəhbərliyi maliyyə problemini bəhanə gətirərək Azərbaycandilli xidmətin bağlanmasına qərar verib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.