sedanews.az
sedanews.az

Rusiya və Ukrayna arasında növbəti girov mübadiləsi olub

Bugün, 13:52

   


       Son iki gün ərzində Rusiya və Ukrayna arasında həm genişmiqyaslı hərbi əsir, həm də mülki girov mübadiləsi baş tutub.

    Sedanews.Az xəbər verir ki, Rusiya ombudsmanı Yana Lantratovanın verdiyi məlumata görə, tərəflər arasında 7-nin 7-yə formatında mülki girov dəyişdirilib. Ukrayna tərəfindən geri qaytarılan 7 Rusiya vətəndaşından 5-i Kursk vilayətinin (o cümlədən Sudja şəhərinin) sakinləridir. Eyni sayda mülki vətəndaş Ukrayna tərəfinə təhvil verilib.  
   Qeyd edək ki, dünən 26 iyun Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vasitəçiliyi ilə  tərəflər 160-ın 160-a formatında irimiqyaslı hərbi əsir mübadiləsi həyata keçiriblər. Ukrayna Prezidenti Volodimir Zelenski azad edilən ukraynalı hərbçilərin hamısının 2022-ci ildən bəri əsirlikdə olduğunu bəyan edib.  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA