sedanews.az
sedanews.az

Yeni binalardan evlər və obyektlər alanların nəzərinə: Ali Məhkəmədən yeni Qərar

Dün, 14:49



  Ali Məhkəmənin yeni qərarına əsasən, tikinti şirkətləri vətəndaşlara vurduğu zərəri ödəyərkən yalnız eyni sahəli (kvadratmetr) mənzil deyil, əvvəlki əmlakla eyni xüsusiyyətlərə (yerləşmə, mərtəbə, mənzərə) malik obyekt təqdim etməlidir. Məhkəmə, zərərçəkənlərin hüquqlarının real bərpası üçün hökmdə obyektin parametrlərinin dəqiq göstərilməsini və qeyri-müəyyənlik olduqda izahat verilməsi hüququnu presedent kimi müəyyən edib.
      Ali Məhkəmənin mövqeyinə əsasən, cinayət işləri çərçivəsində vətəndaşlara vurulmuş zərərin naturada (əmlakla) ödənilməsi qaydalarına xüsusi dəqiqlik gətirilib: 
 Yeni binadan təqdim ediləcək ev və ya qeyri-yaşayış sahəsinin sadəcə kvadratmetr olaraq eyni olması bəs etmir. Hökm və ya qərarda əmlakın konkret yerləşdiyi yer, istiqaməti, funksional təyinatı, istifadə imkanları və iqtisadi dəyəri mütləq nəzərə alınmalı və dəqiqləşdirilməlidir.  Əgər qəbul edilmiş ilkin hökmdə bu parametrlər qeyri-müəyyən qalıbsa, zərərçəkmiş şəxs hökmün mülki iddiaya dair hissəsinə izah verilməsi üçün yenidən məhkəməyə müraciət edə bilər. Mülki Məcəllənin 1115-ci maddəsinə uyğun olaraq, zərərçəkmiş şəxsin əvvəlki hüquqi vəziyyəti formal olaraq deyil, real və səmərəli şəkildə bərpa edilməlidir
 

   Bir cinayət işi çərçivəsində tikinti şirkəti tərəfindən zərərçəkmiş şəxsə bina istismara verilənədək aylıq 1 200 manat icarə haqqının ödənilməsi və yeni binada qeyri-yaşayış sahəsinin verilməsi qərara alınmışdı. Lakin hökmdə obyektin dəqiq yeri və istiqaməti göstərilmədiyi üçün icra mərhələsində problem yaranmışdı.
  Aşağı instansiya məhkəmələri vətəndaşın izahat tələbini rədd etsə də, Ali Məhkəmə bu qərarı ləğv edərək vətəndaşın xeyrinə qərar çıxarıb və qeyri-müəyyənliyin aradan qaldırılmasını tələb edir.


  Ali Məhkəmənin yeni qərarına əsasən, tikinti şirkətləri vətəndaşlara vurduğu zərəri ödəyərkən yalnız eyni sahəli (kvadratmetr) mənzil deyil, əvvəlki əmlakla eyni xüsusiyyətlərə (yerləşmə, mərtəbə, mənzərə) malik obyekt təqdim etməlidir. Məhkəmə, zərərçəkənlərin hüquqlarının real bərpası üçün hökmdə obyektin parametrlərinin dəqiq göstərilməsini və qeyri-müəyyənlik olduqda izahat verilməsi hüququnu presedent kimi müəyyən edib. Ali Məhkəmə yekunda belə nəticəyə gəlib ki, zərərçəkmiş şəxsin hökmün mülki iddiaya dair hissəsinə izah verilməsi barədə müraciəti qanuna uyğundur və əsassız hesab edilə bilməz. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA