sedanews.az
sedanews.az

Zəfər yollarından doğma evlərə: Kiçik Qaladərəsi, Quzeyxırman və Güneyxırman sakinləri 30 ildən sonra Yurdlarına qovuşdu

Bugün, 14:31

 
   Böyük Qayıdış proqramı çərçivəsində 8 iyul 2026-cı il tarixində Azərbaycanın qədim torpaqları olan Şuşa və Xocavənd rayonlarına növbəti köç karvanları yola salınıb. Uzunillik yurd həsrətinə son qoyan daha 54 ailə (210 nəfər) doğma torpaqlarında müasir standartlara uyğun inşa edilmiş yeni mənzillərin açarlarını təhvil alıb.
   Sedanews.Az xəbər verir ki, Dövlət Qaçqınkomun verdiyi məlumata əsasən, bu mərhələdə köç karvanı Bakı və Respublikanın digər ərazilərindəki müvəqqəti məskunlaşma yerlərindən (yataqxana, sanatoriya və düşərgələrdən) hərəkət edərək aşağıdakı kəndlərdə məskunlaşıb: Kiçik Qaladərəsi (Şuşa): 15 ailə (51 nəfər)  Quzeyxırman (Xocavənd): 21 ailə (87 nəfər)? Güneyxırman (Xocavənd): 18 ailə (72 nəfər)
  Mərasim zamanı sakinləri qarşılayan rəsmi nümayəndələr kəndlərin açarlarını ailə başçılarına təqdim edib, onların yeni evlərində firavan həyat arzulayıblar.
   Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması planına uyğun olaraq, hər üç kənddə sakinlərin rahatlığı üçün genişmiqyaslı işlər görülüb.
Burda evlər milli memarlıq üslubu qorunmaqla, eyni zamanda enerjiyə qənaət edən ekoloji təmiz texnologiyalarla tikilibz, kəndlərdə fasiləsiz elektrik enerjisi, içməli su xətləri və müasir istilik sistemləri tam hazır vəziyyətə gətirilib, uşaqların təhsil alması üçün məktəb binaları, tibb məntəqələri və sakinlərin asudə vaxtını səmərəli keçirməsi üçün yaşıllıq zonaları salınıb.
  Dövlət proqramına əsasən, qayıdan əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə kənd təsərrüfatı, heyvandarlıq və xidmət sahələrində yeni iş yerlərinin yaradılması prosesi də paralel olaraq davam etdirilir.
  Sevinc Salehqızı 
    Sedanews.Az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA