
Bu gündən 2026/2027-ci tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqənin (MİQ) test
imtahanı mərhələsinə start verilib.
Sedanews.Az
APA-ya istinadən xəbər verir ki, test imtahanları iyulun 18-dək ölkənin 19 şəhərində yerləşən 38 imtahan mərkəzində təşkil olunub.
Test imtahanında namizədlərin ixtisas bilikləri, tədris metodikası və pedaqoji yanaşmalar üzrə hazırlıq səviyyəsi qiymətləndirilir.
Müsabiqənin növbəti mərhələlərinə test imtahanında müəyyən edilmiş keçid balını toplayan namizədlər buraxılacaqlar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.