sedanews.az
sedanews.az

Vətən sevgisi ilə döyünən ürək- Şəhid Mikayıl Əhmədovun əbədiyyət yolu

Bugün, 11:27




        Bəziləri doğular, yaşayar və gedər... Bəziləri isə doğular, vətənləşər və əbədiləşər.

24 iyul 1993-cü il... Bu tarix sadəcə bir təqvim günü değil, xalqına, vətəninə canı ilə siper olan bir qəhrəmanın dünyamıza göz açdığı müqəddəs gündür. Bu gün 44 günlük Vətən müharibəsinin dastana dönən simalarından biri — şəhid Əhmədov Mikayıl Hümbət oğlunun doğum günüdür.

   Şəhid Mikayıl Əhmədov 1993-cü il iyulun 24-də Qəbələ rayonunun Savalan kəndində anadan olub. Uşaqlıq və gənclik illərindən vənənpərvərliyi, sadəliyi və zəhmətkeşliyi ilə ətrafındakıların sevgisini qazanan Mikayıl, hər zaman torpaqlarımızın işğaldan azad olunacağı günün arzusu ilə yaşayırdı. Hərbi xidmətini başa vurduqdan sonra da mülki həyatında dürüstlüyü və mərdliyi ilə seçilən bir Vətən övladı idi.

  Şəhid Mikayıl Əhmədov sadə, alicənab və mərdliyi ilə tanınan bir Vətən oğlu idi. Onun uşaqlıqdan qəlbində bəslədiyi torpaq sevgisi, 2020-ci ilin sentyabrında başlayan İkinci Qarabağ Müharibəsində öz alovlu əksini tapdı. Ermənistanın hərbi təxribatlarına cavab olaraq başlayan haqq savaşımızda Mikayıl bir an belə tərəddüd etmədən ön cəbhəyə atıldı.

   O, döyüş meydanında göstərdiyi şücaətlə, qorxmazlığı və yoldaşlarına olan sədaqəti ilə seçilirdi. Əlində silah, qəlbində Vətən eşqi ilə düşmən üzərinə gedən Mikayıl Əhmədov, Qarabağ torpaqlarının azadlığı uğrunda son damla qanına qədər vuruşdu və adını zəfər tariximizə qızıl hərflərlə yazdırdı. Bu gün Mikayıl fiziki olaraq aramızda olmasa da, onun ruhu azad edilən Şuşada, Xankəndidə, Laçında — bir sözlə, zəfər çaldığımız hər bir qarış torpağımızda dalğalanan üçrəngli bayrağımızdadır.

   Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik göstərdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə Əhmədov Mikayıl Hümbət oğlu ölümündən sonra aşağıdakı yüksək dövlət mükafatları ilə təltif edilib: 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda" medalı, "İgidliyə görə" medalı, 
"Şuşanın azad olunmasına görə" medalı, "Füzulinin azad olunmasına görə" medalı, "Qubadlının azad olunmasına görə" medalı.
   Şəhidlər ölməz, onlar bizim mənəvi dayağımız, qürur mənbəyimiz və gələcək nəsillərə örnək olacaq qəhrəmanlıq məktəbimizdir. Mikayılın əziz xatirəsi hər bir azərbaycanlının qəlbində əbədi yaşayacaq.

  "Ruhun şad, məkanın cənnət olsun, Vətənin mərd oğlu! Doğum günün mübarək,  Şəhidim!"

   Arzu Tofiqqızı







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA