sedanews.az
sedanews.az

Ərdoğandan dünya ölkələrinə koronavirus peyvəndi barədə ÇAĞIRIŞ

30-03-2021, 16:21 392 dəfə baxılıb

Ərdoğandan dünya ölkələrinə koronavirus peyvəndi barədə ÇAĞIRIŞ


Öz vətəndaşlarını vaksinasiya edə biləcək sayda dozaya malik ölkələrin əlavə peyvəndləri ehtiyacı olan ölkələrə çatdırması lazımdır. Pandemiya ilə birlikdə daha da üzə çıxan ədalətsizlik peyvənd məsələsində kəskin hal alıb.
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT tərəfindən dövlət və hökumət başçılarının iştirakı ilə keçirilən “COVID-19 və sonrasında inkişafın maliyyələşdirilməsi” başlıqlı onlayn tədbirə göndərdiyi video müraciətində səsləndirib.
“Türkiyə bu mübarizədə əvvəldən qlobal həmrəylik və beynəlxalq əməkdaşlığın gücləndirilməsinə səy göstərib. Bu anlayışla 157 ölkə və 12 beynəlxalq təşkilata tibbi yardım və dəstək təmin etdik. Xüsusilə afrikalı qardaşlarımızı bu çətin günlərdə yalnız buraxmadıq.
Dünyada hələ də 100-ə yaxın ölkə üçün peyvəndin əlçatan olmadığını görürük. Bir tərəfdə əhaləsinin hamısına yaxın bir hissəsini vaksinasiya etmiş ölkələr var ikən, digər tərəfdə milyonlarla insanın ilk doza peyvəndi belə tapa bilməməsi insanlıq və insani dəyərlər baxımından narahatlıq doğuran bir vəziyyətdir. Halbuki peyvəndə əl çatanlıq baxımından ədalətin təhlükəsizliyi təmin edilmədən pandemiyanın sona çatmayacağı və iqtisadi inkişafın baş tutmayacağı ortadadır”, - deyə Türkiyə lideri bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA