Milli Məclisin yaz sessiyasının növbəti plenar iclasının vaxtı məlum olub.
"Report"un əldə etdiyi məlumata görə, parlamentin növbəti toplantısı aprelin 13-də baş tutacaq.
İclasda “Əmək pensiyaları haqqında”, “Sosial müavinətlər haqqında” qanunlarda və Əmək Məcəlləsində dəyişikliklər layihəsinin III oxunuşda müzakirəyə çıxarılması, habelə digər dəyişikliklər layihələrinin müzakirəsi gözlənilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.