Hələ müharibə davam edərkən müzəffər Azərbaycan ordusunun azad etdiyi ərazilərdəki mədəni sərvətlərimizin becə talan edildiyini görük.Bu acı mənzərələri bir rəssamın görməsi isə bir başqadır.Azərbaycanlı rəssam Nigar Helmi Abbasbəylinin Vətən müharibəsi zamanı çəkmıyə başladığı əsərlərindən ibarət sərgi ilk olaraq İstanbulda Atatürk Kültür Mərkəzində sərgiləndi.
Müəllif əsərlərin bir qismini Qarəbağda dağıdılmış mədəni abidələrə həsr etsə də sonda böyük qayıdışımızı da vurğulamağı unutmayıb.Sərgini bir rəssam gözü ilə dəyərləndirən rəssam Tüymur Rzayev müəllifin incə detallara toxunduğunu qeyd etdi.
Qeyd edək ki,Türkiyə və Azərbaycan Mədəniyyət nazirliklərinin birgə layihəsi əsasında ərsəyə gələn tədbir ölkəmizin İstanbuldakı Baş konsulluğu, “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və “Mezo digital Art”ın birgə təşkilatçılığı ilə baş tutub.Atatürk Kültür Mərkəzindəki "Qarabağın Mirası" sərgisi may ayının 22-dək davam edəcək.Türkiyədən sonra dünyanın bir neçə ölkəsində də təqdim olunacaq bu əsərlər son olaraq Şuşada sərgilənəcək.
REAL
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.