sedanews.az
sedanews.az

Laçının tarixə qovuşan əsarəti

18-05-2022, 14:01 335 dəfə baxılıb



  30 il əvvəl bu gün işğal edilən rayon artıq Laçın günlərini yaşayır
13 min 745 yaşayış evi yandırıldı, əhalisi etnik təmizləməyə məruz qaldı və doğma yurdundan didərgin salındı. Söhbət Azərbaycan üçün böyük strateji əhəmiyyətə malik olan Laçından gedir. Bu kadrlar da 1992-ci il mayın 18-də Laçının işğal günündə çəkilib. Laçın Ermənistan silahlı bölmələri tərəfindən işğal edilərkən 300-dən artıq hərbi və mülki şəxs həlak oldu, 65-i girov götürüldü, 103 nəfər əlil oldu.1 şəhər, 1 qəsəbə olmaqla 125 kəndi düşmənin əlinə keçdi. 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri talandı. 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidələr vandalizmə məruz qaldı. Beləliklə Laçın Şuşadan sonra işğala məruz qalan ikinci rayon oldu.
    Düşmə qüvvələrinin böyük hissəsinin rayona Laçın dəhlizi vasitəsi ilə daxil olması təsqdüfi deyildi. Dəhlizin işğalı ermənilərin uzun illər ərzində qurduğu ən vacib plan idi. Çünkü Laçının ələ keçirilməsi Ermənistanın Qarabağa yolunun tamamilə açılması demək idi. İşğalçı Ermənistan Cenevrə konvensiyaları ilə üzərinə düşən öhdəlikləri kobud şəkildə pozaraq, Laçında coğrafi adları dəyişdirib, rayonun təbii resurslarını talan edib, qeyri-qanuni məskunlaşma siyasəti aparıb və demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllərlə məşğul olub.
    Lakin artıq Laçının işğalı tarixdə qaldı. 28 ildən sonra Laçın öz doğma sakinlərinə qovuşdu.
Bu, 2020-ci il dekabrın 1-nə keçən gecə Azərbaycan ordusunun Laçına daxil olmasından sonra Azərbaycan prezidentinin xalqa çatdırdığı təbrik idi. 28 ilin həsrətini ürəyində gəzdirən sakinlər bu xəbərdən sonra əllərində bayraq küçələrə axşıdılar. Xəbəri bayrama çevirdilər.
Laçının düşməndən azad olması Ermənistanın 2020-ci il noyabrın 10-da kapitulyasiya aktına imza atması ilə gerçəkləşdi. Sənədin 2-ci bəndinə görə Ağdam, 6-cı bəndinə görə, Kəlbəcər və Laçın bir güllə də atılmadan öz sahiblərinə geri qaytarılmalı idi. Belə də oldu. Laçın ermənilər tərəfindən boşaldılan son rayon oldu. Təbii ki, buna 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun üstünlüyü, Azərbaycan prezidentinin yürütdüyü siyasət məticəsin də nail olduq. Həç də biz işğalçıları torpaqlarımızdan təmizləməklə 27 il kağız üzərində qalan BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi tələblərini özü yerinə yetirdik. Bununla da Laçının işğal tarixinə son qoyuldu. Bu gün isə Laçında infrastruktur layihələr qurulur.
    Heç kimə sirr deyil ki, Ermənistanın Laçınla bağlı planı başqa idi. Bunu prezident İlham Əliyev də dəfələrlə çıxışlarında bildirib ki, Ermənistanın planına görə, Laçın onlara qalmalı idi.
    Amma Azərbaycan prezidentinin diplomatik siyasəti onların planlarını da, istəklərini də alt-üst etdi. Laçın Azərbaycasn üçün strateji əhəmiyyətə malik olduğundan dövlət başçısı bu məsələnin üzərində qətiyyətlə dayandı və rayon işalçılardan təmizləndi. Artıq bir ildir ki, Laçında Azərbaycan bayrağı qürurla dalğalanır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA