sedanews.az
sedanews.az

2020-ci il 1 dekabr tarixində Laçın rayonu işğaldan azad edilmişdir!

26-11-2021, 11:56 548 dəfə baxılıb

                                        2020-ci il 1 dekabr tarixində
                                    Laçın rayonu işğaldan azad edilmişdir!





Laçın-əsrarəngiz gözəlliyə və zəngin təbii sərvətlərə malik diyardır, Azərbaycan təbiətinin möcüzəsidir. Laçın rayonunun ərazisi 1835 kvadrat kilometrdir. Bu ərazidə olan tarixi əhəmiyyətli abidələrin əksəriyyəti Qafqaz Albaniyasının yadigarıdır. Rayonun ərazisində nadir təbiət kompleksləri vardır. Laçın özünün maddi mədəniyyət irsi, tarixi memarlıq abidələri, muzeyləri, tanınmış şəxsiyyətləri ilə məşhurdur.
Laçın rayonu Qarabağ silsiləsinin cənub-qərb yamacında yerləşir. 1930-cu ildə Azərbaycan SSR-də qəza inzibati ərazi vahidləri ləğv edilərək onların ərazisində rayonlar yaradıldı. Bu rayonlardan biridə Laçın rayonu olmuşdur. Şimaldan Kəlbəcər, şərqdən Xocalı, Şuşa və Xocavənd, cənubdan Qubadlı rayonları, qərbdən isə Ermənistanla həmsərhəddir.
Rayon ərazisindəki Ağoğlan çayı sahilində IX əsrdə inşa edilmiş və uzun müddət fəaliyyət göstərmiş Ağoğlan monastır kompleksi yerləşir. Möhkəm bazalt daşdan tikilmiş bu möhtəşəm monastır məharətli konstruktiv həllinə görə alban xristian memarlığı abidələri içərisində xüsusi yer tutur. Rayon ərazisində Malıbəy kəndində üç at heykəlli qəbir daşında (XVI-XVII əsrlər) Almazzisxevndə yerləşən (XIV əsr) at heykəlli abidənin bud tərəfində həkk olunan üç üfüqi və bir şaquli xətt tarixi əhəmiyyətə malikdir. Səbəb bundadır ki, bildiyimiz kimi at və ox işarələri qədim zamanlarda türklər tərəfindən istifadə olunan işarələrdir. Bu işarələrin məhz Laçından tapılması burada qədim türklərin yaşayış məskəni olduğunun sübutudur. Bundan əlavə Laçın rayonunun Malıbəy, Güləbird, Cicimli kəndlərində at heykəlli qəbir daşlarında günəş simvolunun və əlində quş tutmuş insanın təsvirləri vardır. Məlumdur ki, Humay quşu qədim türk xalqlarının tanrısı olmuşdur və bunun abidələrin üzərində təsviri, güman ki, abidələri dağılmaqdan qorumaq məqsədi daşıyırdı. V-VI əsrlərə aid alban monastırı olan “Ağoğlan” məbədi Laçın rayonu ərazisində, Ağoğlan çayının sahilində yerləşir. Tarixi abidə əvvəllər qəsr olmuş, lakin müxtəlif dövrlərdə dağıntılara məruz qaldığından IX əsrdə kilsə üslubunda yenidən inşa edilərək monastır formasına salınmışdır.
Hələ birinci Qarabağ müharibəsi başlamazdan əvvəl erməni terorçuları Laçın haqqında xüsusi plan hazırlamışdılar. Buna səbəb nə idi. Məsələ ondadır ki, Azərbaycanın əzəli torpaqları olan Zəngəzur bölgəsi ermənilərə verildikdən sonra Dağlıq Qarabağ bölgəsi ilə Ermənistan arasında yeganə maniə Laçın rayonu qaldı. 1924 cü ildə DQMV yaradılsa da Laçın rayonu bu vilayətə aid edilmədi. Daha sonrakı zamanlarda ermənilər sovet hakimiyyətinə bir necə dəfə Laçının birləşdirilməsi haqda müraciət etsələr də buna nail ola bilmədilər. Laçın ərazisində yerləşən Laçın Dəhlizi adlanan bu hissə ermənilər üçün çox vaçib idi. Azərbaycanın daxili işlər naziri, general Məhəmməd Əsədov həm Azərbaycan, həm də Ermənistan üçün bütün Dağlıq Qarabağda ən strateji rayon sayılan Laçının təhlükəsizliyini təmin etməkdən ötrü Laçınla Şuşanın arasında yerləşən Qaladərəsi, Göytala və digər kəndlərdən separatçı ermənilərin çıxarılması üçün plan hazırlayırdı. Laçın-Şuşa yolunun üstündə yerləşən erməni kəndlərindən hücumların qarşısı alındı. Azərbaycanın Milli Qəhrəmanı, jurnalist Salatın Əsgərova məhz həmin kəndlərin ərazisində-Laçın-Şuşa yolunda erməni quldurları tərəfindən qətlə yetirilmişdi. Lakin bu müqavimətə baxmayaraq mərkəzi komandanlığın olmaması və mayın 8-də Şuşanın işğal
olunması Laçının mühasirəyə düşməsinə səbəb oldu. Nəticədə 1992-ci il may ayının 18-də ermənilər tərəfindən işğal olundu.
27 sentyabr 2020-ci il torpaqlarımızın azadlığı uğrunda başlamış Zəfər müharibəmiz 44 gün davam etdi. Müharibənin ilk vaxtlarında ermənilər müqavimət göstərsələr də onların inşa etdikləri müdafiə sədləri Azərbaycan ordusu tərəfindən darmadağın edildikdən sonra geriləməyə başladılar. Azərbaycan ordusu qarşısında heç bir şey edə bilməyəcəklərini görən ermənilər noyabr ayının 10-da imzalanmış müqavilə ilə təslim oldular. Müqaviləyə əsasən ermənilər dekabr ayının 1-də Laçın rayonunu tərk etməli oldular. Bununla da 28 illik həsrətə son qoyulmuş oldu. Prezident İlham Əliyevin qeyd etdiyi kimi Azərbaycan ordusu bir güllə belə atmadan Laçını azad etmiş oldu. 2021-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Laçın rayonuna 2 dəfə səfər etmiş, fevralın 14-ü səfər zamanı Güləbird kəndində bayrağımızı qaldırmışdır. 26 noyabr 2020-ci il Vətən müharibəsində qələbə münasibətilə “Laçının azad edilməsi medalı” təsis edilmişdir.
                                                          Suraxanı rayonu, 114 nömrəli tam orta məktəbin müəllimi
                                                                          Eyvazlı Rza Şükür oğlu






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA