sedanews.az
sedanews.az

Qubanın Çartəpə kəndində 4 şəhidin xatirəsi əbədiləşdirilib - VİDEO

29-06-2022, 16:45 347 dəfə baxılıb

    Qubanın Çartəpə kəndində şəhidlərin xatirəsinə abidə kompleksi inşa edilib
Qubanın Çartəpə kəndində şəhidlərin xatirəsinə inşa edilən abidə kompleksinin açılışı oldu.
Açılış mərasimində Quba rayon icra hakimiyyətinin rəhbərliyi, YAP Quba rayon təşkilatının sədri, şəhid valideynləri və kənd sakinləri iştirak etdi. Çıxış edənlər 2020-ci ilin sentyabr ayının 27-də başlanan və tarixə 44 günlük müharibə kimi düşən Vətən müharibəsindən, Azərbaycan Ordusunun qəhrəmanlığından, qazandığı şanlı Qələbədən, şəhidlərin gənclərə nümunə olan qısa, lakin şərəfli ömür yolundan danışdılar. Vətən müharibəsində şəhidlərin qanının yerdə qalmadığı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyi, böyük Qələbənin tarixi əhəmiyyəti xüsusi qeyd edildi. Mərasimdə məktəblilərin ifasında vətənpərvərliyə, qəhrəmanlığa həsr edilən mahnı və şeirlər səsləndirildi. Daha sonra abidənin açılışı oldu.
   Qeyd edək ki, abidə kompleksində 4 nəfər şəhidin büstü qoyulub. Onlardan 3 nəfəri birinci Qarabağ, 1 nəfər isə Vətən Müharibəsində şəhadətə yüksəlib. Abidənin tikintisinə şəhid Ürfan Məmmədovun atası Çingiz Məmmədovun təşəbbüsü ilə başlanılıb. Daha sonra bu təşəbbüsə Quba RİH-nin rəhbərliyi və kənd sakinləri də qoşulub.
  Çartəpə kənd sakinləri isə hesab edir ki, şəhidlərin əziz xatirəsinə ucaldılan abidə həm də gənc nəsilin vətənpərvər ruhda böyüməsində müstəsna rola malikdir.
   Sonda yenicə istifadəyə verilən abidə kompleksi sakinlər tərəfindən ziyarət olundu. Şəhidlərin büstü önünə güllər düzüldu və xatirələri anıldı.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA