sedanews.az
sedanews.az

Xidmət rəisi: “Bölgəmizin kibertəhlükəsizliyi ilə bağlı addımlar atılır“

3-10-2022, 11:44 85 dəfə baxılıb

  “Son illər bölgəmizin informasiya təhlükəsizliyinin və kibertəhlükəsizliyinin təmin edilməsi ilə bağlı addımlar atılmaqdadır. Prezidentin bu sahəyə diqqət və qayğısı nəticəsində ölkə əvvəlki zamanın ölkəsi deyil”.
  REAL-ın xəbərinə görə, bu fikirləri Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi İlqar Musayev bu gün Bakıda keçirilən “Qlobal hibrid müharibə və kibertəhlükəsizlik” sammitində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycan bu gün bu sahədə çox böyük addımlarla irəliləyir: “Biz dövlət orqanı olaraq özəl sektorla çalışmağa çox önəm veririk. Burada vahid yanaşma olmalıdır. Bu ildən gənclər informasiya texnologiyaları sahəsinə ən yüksək ballarla qəbul olublar”.








Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA