sedanews.az
sedanews.az

Qarabağda çəkilən yollarda son durum

6-02-2024, 12:43 215 dəfə baxılıb





      Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov işğaldan azad edilmiş ərazilərdə icra olunan yol infrastrukturu layihələrinin gedişatı ilə yerindəcə tanış olmaq məqsədilə Şuşa, Xocalı, Ağdərə və Ağdam rayonlarında olub.
  Bu barədə Axar.az-a Agentlikdən bildirilib.
  Məlumata görə, S.Məmmədov ölkə Prezidentinin sərəncamı ilə yenidən qurulan və ümumi uzunluğu 41 km olan Şuşa-Laçın avtomobil yoluna baxış keçirib.
  Hazırda Şuşa-Laçın avtomobil yolunda köhnə asfalt-beton örtüyün sökülməsi, yararsız qruntun qazılaraq kənarlaşdırılması, əvəzinə yararlı qruntun tökülməsi ilə torpaq işləri icra olunur. Avtomobil yolu II texniki dərəcəyə uyğun yenidən qurulur.
   Daha sonra sədr Suqovuşan-Kəlbəcər avtomobil yolunun 9-cu km-dən ayrılan və 35.5 km uzunluğa malik Ağdərə-Ağdam, həmçinin Bərdə–Ağdam avtomobil yolunun 40-cı kilometrini Əsgəran qəsəbəsi ilə birləşdirən və uzunluğu 18 km olan avtomobil yollarında aparılan tikinti işlərinin yerinə yetirilməsi ilə tanış olub.
   Hər iki avtomobil yolu dövlət başçısının Sərəncamı ilə II texniki dərəcəyə uyğun müasir səviyyədə yenidən qurulacaq.
   Layihələrin icra vəziyyəti ilə yerindəcə tanış olan sədrə məlumat verilib ki, yollar boyu köhnə örtüyün söküntüsü, yararsız qruntun qazılaraq kənarlaşdırılması işləri tərtib olunmuş qrafikə uyğun şəkildə yüksək səviyyədə icra olunur.
   S.Məmmədov sadalanan avtomobil yollarına baxış zamanı yol infrastrukturu layihələrinin “İnşaat Norma və Qaydaları”na uyğun vaxtında və keyfiyyətlə yerinə yetirilib yekunlaşdırılması ilə bağlı tövsiyə və tapşırıqlarını verib.
   Xatırladaq ki, ötən il sentyabrın 19-20-də keçirilən antiterror əməliyyatı nəticəsində ölkəmizin bütün ərazisində suverenliyimizin bərpa edilməsi ilə sözügedən avtomobil yollarının yenidən qurulmasına başlanılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA