sedanews.az
sedanews.az

Xaçmazda 10 yaşayış məntəqəsinin yolu yenidən qurulub - FOTO, VİDEO

15-11-2023, 14:33 278 dəfə baxılıb

  Xaçmaz rayonu Gəndob–Xaçmaz–Yalama–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 20-ci km-dən ayrılan Hülövlü- Sərkərli- Alıcqışlaq- Qədimalıqışlaq- Rəhimova avtomobil yolu yenidən qurulub.
  REAL-ın Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən verdiyi məlumata görə, avtomobil yolu təbii faktorların təsirindən yararsız vəziyyətdə idi. Bu səbəbdən əsaslı şəkildə yenidən qurulmasına və bərpasına ehtiyac yaranan yol hazırda 4-cü texniki dərəcəyə uyğun olaraq təkmilləşdirilib. Ümumi uzunluğu 30 km təşkil edən yolun eni 10 metrə qədər genişləndirilib, bura metr hərəkət hissə və metr çiyinlər daxildir.
   Tikinti işləri çərçivəsində yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb, kipləşdirmə işləri aparılıb, yeni yol yatağı inşa olunub. Bunun ardınca qum-çınqıl və optimal-qırmadaş qarışığından ibarət yol əsasının inşası işləri görülüb.
  Torpaq işlər bitəndən sonra yeni asfalt-beton örtüyün döşənməsi işlərinə başlanılıb. Bundan başqa zəruri olan yerlərdə müxtəlif diametrlərə malik yeni suötürücü dəmir-beton boruların quraşdırılması işləri aparılıb.
Layihə çərçivəsində 1 aşırımlı, 13 metr uzunluğa malik yeni avtomobil körpüsünün inşası da icra olunub.
“İnşaat Norma və Qaydaları”na uyğun olaraq aparılan yenidənqurma işlərindən sonra layihəyə uyğun avtonəqliyyat vasitələrinin hərəkətinin təhlükəsizliyinin təmin edilməsi və sürücülərin düzgün istiqamətləndirilməsi məqsədilə yol nişanları, məlumatverici lövhələr, km göstəriciləri və siqnal dirəkləri quraşdırılıb, yolcizgi və yolgöstərici xətlər çəkilib.
Müasir şəkildə yenidən qurulan yolun istifadəyə verilməsi ilə yol boyu 10 yaşayış məntəqəsində yaşayan əhalinin gediş-gəlişi xeyli rahatlaşacaq, yük və sərnişin daşıması isə asanlaşacaq.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA