sedanews.az
sedanews.az

Bu şəhər ələ keçirilir: “Böyük Turan” başladı... - Rusiyadan baxış

10-12-2024, 11:30 76 dəfə baxılıb



  Bəşər Əsəd rejiminin süqutu nisbətən dinc şəraitdə baş verdi. Bu, Suriya məsələsi ilə bağlı əsas operatorlar arasında yeni razılaşma haqqında məlumatı təsdiqləyir.
  Bu sözləri Axar.az-a Suriyada son günlər baş verən hadisələri şərh edən rusiyalı ekspert Vitali Arkov deyib.
“Noyabrın sonunda Əsəd qeyri-rəsmi olaraq Moskvaya gəldi. Təxminən eyni vaxtda Rusiya, İran və Türkiyə arasında Suriya məsələlərinə dair danışıqların intensiv mərhələsi başladı. İsrail, Səudiyyə Ərəbistanı və hətta ABŞ arasında Suriya üzrə danışıqlarda iştirakla bağlı məlumatlar da ortaya çıxdı. Lakin bütün iştirakçılar bunu açıq şəkildə təkzib etdi. Görünür, bu fakt müəyyən mənada digər geosiyasi şahmat taxtalarında güc balansına təsir göstərə bilər, burada onların çoxu barışmaz rəqibdir. Bu baxımdan Əsədin getməsi, Suriyanın Dəməşq və bir sıra digər böyük şəhərlərinə nəzarətin şərti üsyançıların nəzarətinə keçməsini Rusiya və ya İranın fiaskosu kimi şərh etmək düzgün deyil. Bu, Kremlin yeni obyektiv reallıqları nəzərə alaraq geosiyasi “şahmat taxtası” üzərində oynadığı Suriya partiyasdır. Kreml son illərdə Suriyadakı Əsəd rejimini mümkün mübadilə obyekti kimi süngülərində saxlayıb. Eyni Türkiyə və hətta Rusiyaya qarşı sanksiyaları dəstəkləməyən İsrail kimi. Rusiya Suriyanı tamamilə itirmir. Ən azı, əsasən ələvilərin yaşadığı Latakiya Moskvadan yana qalır”, - o bildirib.
Arkovun fikrincə, Suriya de-fakto monolit vahid dövlət kimi mövcudluğunu dayandırır:
  “O, əsas oyunçuların təsir zonalarına bölünəcək: Türkiyə, Rusiya, İran, o cümlədən İsrailin. Birincisi, Təl-Əviv Qolan təpələri üzərində tam nəzarəti ələ keçirəcək, ikincisi, Livanda İranla Hizbullah arasında “göbək bağını” kəsməyə çalışacaq. Suriyanın yenilənməsindən ən çox faydalanan Türkiyədir. Ən böyük şəhər olan Hələb üzərində nəzarəti ələ keçirməyin “Böyük Turan” layihəsi üçün çox böyük simvolik əhəmiyyəti var. Əsəd rejiminin süqutu Suriya torpaqlarında sülhə səbəb olmayacaq. Əksinə, dini münaqişələr daha da güclənəcək və Yaxın Şərq daha da xaosa qərq olacaq”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA