sedanews.az
sedanews.az

​​​​​​​Milli Məclisin yaz sessiyasında ilk plenar iclası başlayıb

Bugün, 11:56 120 dəfə baxılıb


Milli Məclisin (MM) yaz sessiyasında ilk plenar iclası başlayıb.
sedanevs.az xəbər verir ki, sessiyanı parlamentin sədri Sahibə Qafarova açıq elan edib.
Daha sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Spiker yaz sessiyasının başlaması münasibətilə deputatlara təbriklərini çatdırıb, onlara səmərəli fəaliyyət arzulayıb.
Qeyd edək ki, MM-in bugünkü plenar iclasının gündəliyinə 16 məsələnin müzakirəsi daxil edilib. İclasda qanunverici orqanın yaz sessiyasının qanunvericilik işləri planı, Hesablayıcı və İntizam komissiyalarının tərkibinin yenidən formalaşdırılması, həmçinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında Milli Məclisin qərarı və digər qanun layihələrinə təklif olunan dəyişikliklər müzakirə olunacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA