Ermənistan ordusu Azərbaycan ordusunun mövqelərini atəşə tutub
Azərbaycan ordusunun mövqeləri Ermənistan tərəfdən atəşə tutulub.
Müdafiə Nazirliyinin Mətbuat xidmətinin yaydığı məlumata görə, martın 4-ü saat 22:05 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Xanazax yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.